Menu

Övladını "otlamağa" məcbur edərək videoya çəkən ata həbs edilib - RƏSMİ

14.04.2020, 18:53
Övladını "otlamağa" məcbur edərək videoya çəkən ata həbs edilib - RƏSMİ

Uşaqları "otlamağa" məcbur edib videoya çəkən şəxs həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib. O, qeyd edib ki, araşdırmalar nəticəsində azyaşlı uşaqları həyətyanı sahədə "otlamağa" məcbur edən və videoya çəkərək sosial şəbəkədə paylaşan şəxsin Şamaxı rayon sakini İkram Xudiyev olması müəyyən edilib: “Uşaqlarla bağlı görüntü sosial şəbəkədə yayılan kimi dərhal araşdırmalara başlandı. Araşdırmalar zamanı məlum oldu ki, bu adam Şamaxı rayon sakini İkram Xudiyevdir. Uşağın biri onun öz övladı, digəri isə qohumunun uşağıdır. İkram Xudiyev polis şöbəsinə dəvət edilərək izahatı alınıb. O etiraf edib ki, videonu zarafatla çəkib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə İkram Xudiyev 10 sutka inzibati həbs cəzasına məhkum edilib”.

Şərhlər

Samır 2020-04-14 21:41:56

Xanım

t.ədalət 2020-04-14 21:37:26

Təəssüf ki atanın ironiyasını başa düşməyiblər.O,bununla demək istəyirdi ki,işsiz-gücsüz qalmışıq,pul yoxdur çörək almağa,həyəti otlamağa məcbur olmuşuq.Gəlin,atanın ehtiyacdan belə etdiyini anlamaq mədəniyyətinə nail olaq!

ejder 2020-04-14 21:01:36

AYE ONA ..WEREF,,ORDENI VERILMELIDI,LUKAWENKO CANI.MALADES ELDARA

Əli 2020-04-14 20:02:16

elə zarafat olmur. O reallığı çəkib

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol