“Artıq 180 şəhid ailəsi üçün evlər tam satın alınıb. Əlavə olaraq satınalmada 200 şəhid ailəsi ilə bağlı evlər, mənzillər var”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziriSahil Babayev aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə çıxışı zamanı deyib.
Sahil Babayev vurğulayıb ki, xüsusi karantin rejimində kütləvi tədbirin olmaması üçün onları təqdim edə bilməyiblər: “Rejim bitən kimi artıq əlimizdə 300-dən artıq belə mənzil hazır olacaq”.


Şərhlər