Menu

Şirvan polisi əsassız SMS-lə evdən çıxan narkotik alverçilərini tutub - FOTO

14.04.2020, 23:41
Şirvan polisi əsassız SMS-lə evdən çıxan narkotik alverçilərini tutub - FOTO

Şirvanda karantin postundan keçmək istəyən narkotik alverçiləri saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, koronavirus pandemiyasının qarşısını almaq məqsədi ilə Şirvan şəhəri və Salyan rayonu sərhədində qurulan karantin rejimi postunda Şirvan polisi və Daxili Qoşunların birgə səyi nəticəsində karantin rejimi zamanı yalançı SMS vasitəsi ilə çölə çıxmaq adı altında narkotik vasitələrin satışını həyata keçirmək istəyən şəxslər yaxalanıb.

Stasionar postda növbə çəkən əməkdaşlar özlərini şübhəli aparan, əvvəllər dəfələrlə məhkum olunmuş Salyan rayon sakinləri, 1979-cu il təvəllüdlü Əliyev Əlisa Qurban oğlu və 1982-ci il təvəllüdlü Məcidov Rabil Rafət oğlu saxlanılaraq polis şöbəsinə gətirilib. Onların üzərinə baxış keçirilərkən birincinin üzərindən 19 qram heroin, 15 qram metamfetamin, ikincinin üzərindən 19 qram heroin və 8 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol