Menu

"Kreditlərə güzəştlərin edilməsi müzakirə olunur" - Nazirlər Kabineti

15.04.2020, 18:01
"Kreditlərə güzəştlərin edilməsi müzakirə olunur" - Nazirlər Kabineti

İstehlak kreditlərinə güzəştlərin edilməsi məsələsi hazırda müzakirə olunur.

"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, bu kreditləri götürən adətən işləyən şəxslər olur: "Bu insanlara da dövlət dəstək göstərir. Bu proses bundan sonra da davam edəcək. Bütövlükdə güzəştlərin edilməsi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol