Menu

Azərbaycanda koronavirusa yoluxanların yaşı açıqlandı

15.04.2020, 18:37
Azərbaycanda koronavirusa yoluxanların yaşı açıqlandı

Azərbaycanda bu günə qədər (aprelin 14-nə olan rəqəmlər) təsdiq edilən yoluxma hallarının yaş qruplarına və cinsiyyətinə görə sayı məlum olub.

“Report” xəbər verir ki, bu statistikanı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı açıqlayıb.

O bildirib ki, ölkədə yoluxanlardan 640 nəfəri kişi, 557 nəfəri isə qadınlardır: "Yaş qruplarına gəlincə, 0-9 yaş arasında 66 nəfər, 10-19 yaşarası 60, 20-29 yaşarası 175, 30-39 yaşarası 214, 40-49 yaşarası 198, 50-59 yaşarası 248, 60-69 yaşarası 157, 70-79 yaşarası 56, 80 və yuxarı yaş qrupunda isə 23 nəfərdə yoluxma qeydə alınıb".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol