Menu

Gürcüstanda koronavirusa yoluxanların sayı 336 nəfərə çatıb

16.04.2020, 10:55
Gürcüstanda koronavirusa yoluxanların sayı 336 nəfərə çatıb

Gürcüstanda daha 30 nəfərdə yeni növ koronavirusa (COVİD-19) yoluxma təsdiqlənib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 336-ya çatıb.

Məlumatda bildirilib ki, hazırda ölkə üzrə karantində 5000 nəfər saxlanılır, stasionar müalicədə isə 494 nəfər var. Virusa yoluxmuş şəxslərdən 74-ü sağalıb, 3 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol