Menu

Rusiyada alkoqoldan ən çox ölənlər bu regiondadır

16.04.2020, 13:15
Rusiyada alkoqoldan ən çox ölənlər bu regiondadır

Rusiyada alkoqoldan ən çox ölüm hallarının baş verdiyi regionların siyahısı açıqlanıb.

 “Rosstat”ın açıqladığı hesabata görə, ən çox ölüm halı Altay Respublikasında baş verib. Burada hər 100 min nəfərdən 33-ü alkoqoldan ölür. Penzada bu rəqəm 20, Bryanskda 19, Buryatiyada 17, Kirovda 15 nəfərdir.

Ən az ölüm halı isə Başqırdıstanın payına düşür. Burada hər 100 min nəfərə 0.2-i alkoqoldan ölür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol