BİLİK VƏ TƏPİK – Gərəyi və dəyəri

Xalid NİYAZOV

“Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək”.

Hz. Məhəmməd (s.ə.s.)

Vallah, bu evdə oturmaq məsələsi ki, var ha, Allah axırını xeyrə calasın, yaxşı heç nə vəd eləmir...

Məmləkətin qarıyıb-qartımış ideoloji təbliğat resurslarının kütləvi kütləşmə siyasətinə rəğmən adamı düşünməyə, aranla dağın yerini “exchange” eləməyə, müqayisə aparmağa, “onlarda” yaxşı olanın bizdə nədən pis olduğunun səbəbləri üzərində baş sındırmağa sövq edir. Və düşündükcə, özümüzü tanıdıqca, ölkədə cərəyan edən vaqiələrə, bəzi-para mətləblərə nüfuz etdikcə istəmədən qəribə mənzərəyə şahid olursan.

Rəqəmsal dünyanın “rəqəmsal” virusu

İki əsrin və apriori, minilliyin qovuşuğunda bəşəriyyət çox böyük, bəlkə də planetar miqyaslı reallıqlarla üzbəüz qaldı: Elvin Toflerin “Üçüncü informasiya dalğası”, Klaus Şvabın “Dördüncü sənaye inqilabı”, Rey Kurtsveylin “Texnoloji sinqulyarlıq” təlimi...

Və dünya “oturub” özünü informasiya, yaxud bəzi mənbələrdə də səsləndiyi kimi, “hibrid” müharibəsindən necə qoruyacağı ilə bağlı taktika və strategiyalar üzərində baş sındırarkən Yer üzünü bir başqa bəla “ziyarət” elədi.

Sırf insan beyninin, zəkasının, elmi axtarışlarının “bəhrəsi” olan koronavirus – taclı virus!

Əslində, adındakı ehtişam onun yalnız taxt-tac sahibi olan padşahlara, krallara, prezidentlərə, sərvət sahiblərinə “layiq mal” olduğunu göstərsə də, nə zümrə təsnifatı tanıdı, nə sərhəd bildi.

Bəli, bəşəriyyətin insan cəmiyyətini təhdid edən ekoloji, texnogen, sosial məzmunlu problemlərlə uğraşdığı, üçüncü Dünya ölkələrinin insan kapitalı, bilik iqtisadiyyatı, elm, təhsil, səhiyyə, bütövlükdə sosiomədəni məsələlərə sərmayə qoymaq əvəzinə təpədən-dırnağadək silahlandığı bir vaxtda elmi laboratoriya divarlarını aşıb qaçmış təhlükəli “bioterrorçu” – koronavirus, dünyaya “şah” elan etdi.

Biz hər nə qədər aktual və trenddəki mövzu olsa da, pandemiyanın ölkələrin və dövlətlərin siyasətində, liderlərin fəaliyyətində üzə çıxartdığı “ağ ləkə”lərdən bəhs etməyəcəyik, zira, uzun və yorucu hekayətdir. Bircə, lakin mühüm məqama toxunacağıq.

Dünyaya meydan oxuyan diktatorları belə “barmağına dolamış” “COVİD 19”-u bəlkə də mahiyyətcə militarist və antibəşəri məqsədlər güdən “Maltus nəzəriyyəsi”nin “biomüharibə” səviyyəsində davamı kimi də xarakterizə etmək mümkündür. İstənilən halda, onun qarşısına pulla, cəbbəxana ilə, “yaltaqlıq və yalanla” deyil, elmlə çıxmaq mümkündür.

Bəli, zaman-zaman insan cəmiyyətinə meydan oxuyan pandemiyalar özündən deyən, sinəsinə döyən, canahgirlik iddialarına düşən, hər şeyi pulla almağın mümkün olduğunu düşünən əbləh liderlərə, “samodur” dövlət başçılarına onların iradəsindən kənarda, dəyənək-zopa ilə ram edə bilməyəcəkləri hadisələrin cərəyan edə biləcəyi ehtimalının nə qədər real olduğunu izah elədi.

Nə qədər etdi? Bunu təhlükə sovuşandan sonra görəcəyik.

Hələliksə, dünyanın bütün aparıcı tibbi elm mərkəzləri koronavirusa qarşı zərdab axtarışı ilə məşğuldurlar. Ölkələr, transmilli əczaçı şirkətlər, meqakorporasiyalar bu işə böyük maliyyə ayırırlar.

Həyatın belə bir sərt “proza”sı, obyektiv gerçəkliyi var: acqarına ciddi uğurlara nail olmaq mümkünsüzdür. “Sosrealizm”in, kommunist ideologiyasının “pioner şeypuru”nun cır səsi kimi qulaqdələn təbliğatı ilə yol gedə bilərsən, amma bu əziyyət, mənzilə çatacağının təminatı sayılmaz. Deməli, hər şeyin “səbəbi-baisi” böyük Sabirin söylədiyi kimi, “parədir”.

Bəs bizdə necə, bunu anlayırlarmı?

Elmin “Mədain xərabələri”

Ölkədə iş-filan yox, TV-lər bərbad gündə, kitabla da ki, Allah alıb, aramız bir qədər sərin... o üzdən hamı özünü verib sosial şəbəkələrə. O gün birisinin Azərbaycan alimləri ilə bağlı atmacasını oxudum... adam öz aləmində lağlağı eliyirdi ki, Akademiya getdi məzuniyyətə, bəs koronavirusa qarşı vaksini kim tapacaq?!

Heyvərəlikdir!

Şərh bölümünə qısaca yazdım ki, bu məmləkətdə koronavirusun çarəsini yaşamaq deyil, ölməmək üçün qəpik-quruş alan alimlər deyil, idman döşəyində 3-5 dəqiqəlik döyüş üçün hökumətin yüz minlərlə dollar mükafat verdiyi idmançılar, dövlətin milyardlarla pulunu həzm-rabedən keçirən korrupsioner-məmurlar, yarım saatı 5-10 minə “toy oxuyan” manıs-mütrüf tayfası və digər “dormoed”lər tapmalıdırlar.

... Ancaq doğrudan da, niyə bizim alimlər tapmasın da?!

Sualı bir başqa cür qoyaq: nə ilə – boş entuziazm iləmi? “Hurrey” patriotçuluqlamı? “Quru-quru qurbanın olum”lamı? “Səndəkini yeyək, məndəkini oynadaq” dərrakəsi iləmi?

Neçə il əvvəl elan olundu ki, iqtisadiyyatda əsas ağırlıq mərkəzi qeyri-neft sektorunun üzərinə düşəcək. İnkişafın əsas magistral xətti insan kapitalı, bilik iqtisadiyyatı olacaq. Hesab edin ki, neft yoxdur!

Bəçeşm! Ləbbeyk! Azərbaycanda ümumiyyətlə neftin olub-olmadığını öz həyatında hiss etməyən vətəndaşlar bu çağırışı normal, yeni inkişaf “era”sının rəhni kimi qarşıladılar.

Elm də qeyri-neft sektorudur.

Orta və kiçik biznesə ötən illərdə yüz milyonlarla vəsait qoyulub.

Aqrar sahəyə milyardlarla sərmayə yatırılıb.

Nəticə?! Həmin seqmentlərin ixracda məhsul və dəyər ekvivalenti kimi iştirakı hansı “optimist” rəqəmlərlə ifadə olunur?

Pomidorla, fındıqla çoxmu uzağa gedə bilərik?

Bəs gəlin görək elmə nə ayrılıb? Biz texnologiyaların inkişafının elə bir mərhələsinə gəlib yetişmişik ki, dırnaq boyda bir çip ölkəyə 10-15 neft eşalonunun pulunu qazandıra bilər.

Dünya şöhrətli azərbaycanlı alim Lütfizadənin bu xüsusda praktiki bir fikri var; deyir ki, elmə iki yanaşma mövcuddur: yaxşı biznesi nəzərdə tutan praqmatik və romantik.

İndi bir çox ağıllı ölkələrdə insanlar elmə praqmatikcəsinə baxırlar. Bəs bizdə necə? Rusların bir ifadəsi var – “ckatert-samobranka”, yəni tənbəl xanımların əflatuni arzusu – süfrəni açırsan və dünyanın bütün nemətləri üstündə hazırdır. Ancaq qafasına vuran yoxdur ki, bu cür yalnız nağıllarda olur, müasir Piri babaların söylədiyi “islahat” adlı nağıllarda.

Elmin strateji əhəmiyyətli, prioritet fəaliyyət sahəsi olub-olmaması, ilk növbədə, hər bir ölkənin ümumi daxili məhsulunda (ÜDM) elm sahəsinin payı, iştirakı və yaratdığı dəyərin həcmi ilə müəyyənləşir. Elmdən nə isə ummaq üçün isə məlumdur ki, ona nə isə verməlisən, büdcənin cibini geniş açmalısan. Burada Hacı Qaralıq (M.F.Axundov), Hobseklik (O.Balzak), Qarpaqonluq (J.B.Molyer) işə keçmir. Müqayisə üçün bildirək ki, dövlət büdcəsində elmin payı Avropa Birliyi ölkələrindən İsveçdə 3,9 faiz, Finlandiyada 3,5 faiz, Fransa və Böyük Britaniyada 2,0 faizdən artıq, İspaniya və İtaliyada 1,1 faiz, ABŞ, Almaniya və Yaponiyada isə 3,0 faiz təşkil edir.

Azərbaycanda 1980-1990-cı illəri əhatə edən dövrdə büdcədən elmə ayrılan xərclərin ÜDM-də payı 0,3-0,5, 1991-ci ildə 0,8 faiz hüdudlarında idisə, 1995-2002-ci illərdə bu göstərici 0,3 faiz təşkil etmiş, 2003-cü ildə 0,2 faizlik səviyyəyə enmiş, 2005-2010-cu illər ərzində 0,5 faizə qalxmışdır. Hazırda bu rəqəm yenə də 0,3 faiz civarında tərəddüd edir ki, belə bir kasıb maliyyə rasionu ilə dünya miqyasında nəinki elmi-texnoloji sıçrayışı, heç “pa” elementini belə yerinə yetirmək mümkünsüzdür.

Elmi işin təşkili ilə məşğul olan mütəxəssislər tərəfindən müəyyənləşdirilmiş və müxtəlif ölkələrin inkişafı timsalında öz tədbiqini tapmış normativ bir qənaət var. Əgər hər hansı ölkədə elmin maliyyələşdirilməsi ÜDM-in 1 faizini təşkil edirsə, elm o ölkə üçün olsa-olsa sosial-mədəni funksiyanı yerinə yetirə bilər. Yəni bu halda elm həmin cəmiyyətin sosial-iqtisadi, mədəni-mənəvi və ictimai-siyasi həyatında proseslərə ciddi təsir göstərmək imkanına malik olmayan dekorativ fon statusunda mövcud olur. Əgər maliyyələşmənin həcmi ÜDM-in 2 faizini təşkil edirsə, elm bilik istehsal edər, 3 faizini təşkil edirsə, sosial-iqtisadi inkişafın hərəkətverici qüvvəsinə çevrilər. Bu, dünyanın həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrinin timsalında təsdiqini tapmış faktdır.

2019-cu ildə Azərbaycanın büdcəsi (gəlir və xərc birlikdə) 47.697.500.0 manat təşkil etmiş, elmə 136.290.498 manat ayrılmışdır. Cari il üçün büdcə 51.048.200.0 manat həcmində təsdiq edilmiş, elm xərcləri 193. 662. 887,0 manat müəyyənləşdirilmişdir (hər hansı bir illüziyanı önləmək üçün deyək ki, təxminən 58 milyon manatlıq fərq minimum əmək haqqı həddinin artırılması ilə bağlıdır – X.N.). Göründüyü ki, büdcədən elmə ayrılmış vəsait 0,3 faizin altındadır.

Amma büdcədə diqqətinizi özünə çəkə biləcək məqamlar da az deyildir. Məsələn, 2019-cu ildə səhiyyə sahəsində tətbiqi tədqiqatlara 5.211.716,0 manat, səhiyyə sahəsinə aid edilən digər xidmətlərə isə 538.747.409,0 manat ayrılmışdısa, 2020-ci ilin büdcəsində həmin xərclər anoloji olaraq 9. 430. 620,0 manat1.196. 451. 373,0 manat təşkil etmişdir. Göründüyü kimi, tibbə aid bütün problemlərin həllinə mükəlləf olan bir nazirliyin hansısa hipotetik “xidmətlərinə” elmə ayrılan büdcədən 10 dəfə artıq vəsait ayrılır, camaat asqıranda İrana, öskürəndə Türkiyəyə, zənginlər isə Almaniya və İsrailə üz tutur, amma nəticə etibarilə orta statistik obıvatel koronavirusun dərmanınını akademik elmlə məşğul olanlardan gözləyir. Əcəb işdir, burda deyiblər e, nəynən, Alış?!

Yenə də ... ötən il beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər dövlətin cibindən hələ kağız üstündə 75.000.000,0 manatı silib-süpürmüşdüsə, bu il qonaq-qaramızın daha çox olacağı planlaşdırıldığından həmin vəsait artaraq elmin büdcəsinə “dədəboyu” verib.

Bir daha ... Bakıda, Sumqayıtda, Gəncədə ən kapital tutumlu tikinti layihələri hündürmərtəbəli binalardır ki, onları da xüsusi biznes – sahibkarlar inşa edirlər. Paytaxtda son illər dövlət hesabına bircə dənə də olsun orta yaxud ali məktəb binası, uşaq bağçası, kitabxana, kinoteatr və s. tikilməyibsə, cari ilin büdcəsində nəzərdə tutulmuş dev rəqəm – tikinti və şəhərsalma işləri üçün 4. 910. 561. 800,0 manatlıq bir vəsait hara xərclənəcək? Səki daşlarına, bir yola beş dəfə asfalt vurulmasına, “yar gələn” küçələrə su səpilməsinəmi?

O başqa məsələdir ki, bunu elmi ictimaiyyət də yaxşı bilir, inkişaf etmiş, başı çiyninin üstündə “bitən” ölkələrdə elmə ən böyük və karlı maliyyə inyeksiyasını dövlət deyil, xüsusi kapital, iri şirkətlər, sahibkarlar edir. Və həmin rəqəm, bir qayda olaraq, büdcə rəqəmini bir neçə dəfə üstələyir. Əfsuslar olsun ki, belə bir normal satisfaksiya Azərbaycan nümunəsində irrealdır.

YUNESKO-nun dünya elminin inkişafı ilə bağlı Parisdə təqdim olunmuş yeni məruzəsində (UNESCO Science Report: towards 2030) göstərilir ki, dünyada elmə ayrılan vəsait və yerinə yetirilən işlərin həcmi sürətlə və sabit olaraq artır. Bu cür məruzələr dünyanın iqtisadi mənzərəsindəki aparıcı tendensiya və prioritetləri daha düzgün qiymətləndirmək üçün beş ildən bir təqdim olunur. Əsas paradiqma ondan ibarətdir ki, artıq dünya dövlətlərinin böyük əksəriyyəti iqtisadiyyatın inkişafını təmin edən əsas faktorun ELM olduğunu dərk edir. Statistikaya əsasən, təkcə elə 2007-20013-cü illərdə dünyada elm xərcləri 30,7 faiz artaraq qlobal ÜDM artımını 20 faizlik bir göstərici ilə üstələmişdir. Son iki-üç onillikdə elmin meqatrend qismində Qərbdən Şərq yarımkürəsinə doğru sürüşməsi və Cənub-Şərqi Asiyanın iqtisadi intibahında əsas “drayver”lərdən birinə çevrilməsi də diqqətçəkəcək faktdır.

Heç də təsadüfi deyildir ki, alıcılıq qabiliyyətinə paritetdə elmi-tədqiqat işlərinə daxili xərclərin reytinq siyahısına ABŞ, Çin və Yaponiyadan ibarət üçlük müvafiq olaraq 511 mlrd, 451,2 mlrd. və 168,6 mlrd. dollar sərmayə ilə başçılıq edirlər. Şimal qonşumuz Rusiya bu cədvəldə Almaniya, Fransa, İsrail, Çənubi Koreya, İsveçrə və İsveç kimi ölkələrdən kifayət qədər geridə qalsa da, MDB miqyasında 39,9 milyard dollarlıq göstərici ilə birincidir. Eyni zamanda, Rusiya hökuməti “Elm” Milli proqramı çərçivəsində 2024-cü ilədək elmi-tədqiqatlara 1 trilyon rubl xərclənəcəyini bəyan etmişdir. Bizdə isə eyni səxavət boxçası Avropa oyunları, İslam oyunları, “Formula” kimi büdcəyə bircə quruş belə mənfəət gətirməyən layihələrə açılır.

Bazarkomun professor elçisi

Kim nə deyir desin, Anar böyük yazıçıdır. Həm də çox istedadlı dramaturqdur. Təkcə elə “Evləri köndələn yar”ı nəyə desən dəyər. Az qala hər cümləsi, dialoqu, replikası el arasında “ağız ədəbiyyatı”na çevrilib.

Pyesdə elçilik səhnəsi yadınızdadır da... - “Bu da bizim ailənin professoru!”

Bilmirəm, iqtisadçılar bunu necə izah edirlər, amma bizdə hər bir “işəgötürülən”in cəmiyyətdə faydalıq göstəricisini müəyyənləşdirən indikatorlardan biri, bəlkə də ən önəmlisi adamın aldığı maaşın miqdarıdır. Bəli, məhz məvacib fərdin bazar və yaşam münasibətlərini tənzimləyən maliyyə aləti olmaqdan savayı, bir də adamın ictimai çəkisini, ölkə üçün, dövlət üçün “yararlılıq indeksini” müəyyənləşdirir.

Bəli, lap böyük Sabirin söylədiyi kimi, “İnsanı insan eliyən parədir”.

Gəlin, müqayisə aparaq: məktəbdə şagirdə savad verən müəllim, hər birimizin sağlamlığının “keşiyində dayanan” həkim nə qədər maaş alır? – “İtaparan!”

Yaxşı deyək ki, onların bir qismi “repetitor”luqla məşğul olur, “çak-çuku” var, xəstəxanalar “Sədərək” bazarına çevrilib.

Məmur, hakim, prokuror, hüquq-mühafizə orqanı işçiləri barədə danışmağına dəyməz; bəlkə də maaş kartlarının harada olduğunu belə unudublar.

Bəs ömür-gününü elmə həsr eləmiş, beynindən və qələmindən savayı heç nəyə gümanı gəlməyən alim necə? – Professor dörd-beş yüz manat alır... yəni, məvacib! İnandırıcıdırmı?

Rusiyada – 2019-cu ilin mart-iyun aylarında orta hesabla 850-1200 doll., Gürcüstanda ... Ermənistanda 405 doll., “inkişafının analoqu olmayan” Azərbaycanda təxminən 300 dollar!

Bizdə məzluma köməkdən söhbət düşəndə Qərb standartlarını xatırlatmağı xoşlayırlar.

Neynək, gəlin müqayisə edək: ABŞ-da elmi-tədqiqat institutunun adi laborantı 3 min doll., elmi işçi 4 min doll., professor 12 min dollaradək; Kanadada 9,485 doll.; İsveçrədə 8000 evro; İtaliyada 9,118 doll.; Cənubi Afrikada 9,330 doll.; Səudiyyə Ərəbistanında 8,524 doll.; Böyük Britaniyada 8,369 doll.; Malayziyada 7,864 doll.; Avstraliyada 7,499 doll.; Hindistanda 7,433 doll. məvacib alır. Almaniyada sıravi elmi işçinin maaşı 3.5-4.5 min evrodurr. Allahın Polşasında universitet professorunun aylıq məvacibi 2.5 min evrodan aşağı deyil.

Unutmayaq ki, xaricdə fundamental elmlər sahəsində çalışan alimlər müxtəlif qrand layihələrindən on minlərlə dollar əlavə qonorar ala bilirlər.

Bizdə isə alim ailəsini pis-yaxşı dolandırmaq üçün iki-üç yerdə dərs deyir, o da alınsa, “taksovatdıq” eliyir, bazarda “polka” işlədir, hörgü qoyur, soğan əkir...

Bizdə elmi deyil, elmi adı sevirlər; dəbdəbəli avtomobil kimi, şıq libas kimi, qəşəng məşuqə kimi...!

Xalxın uşağı, məsəlçün, İlon Mask raket düzəldir, ucuna da maşınını pərçim eliyib göndərir kosmosa elmi “ezamiyyətə”. Bizdən olmayan milyonerlərsə zürriyyətlərinə milyonluq avtomobil, Dubayda, Fransada, Londonda nə bilim daha hansı cəhənnəmdə dəyəri on milyonlarla ölçülən malikanələr alırlar. Xeyr, başqasının pulunu saymırıq, öz pulumuzu sayırıq. Çünki Azərbaycandan çıxarılan milyonlar qəpiyinəcən bu xalqa məxsusdur.

Aliminə qəpik, idmançısına milyon sayan məmləkət

Bəli, idman salonlarında Azərbaycanın bayrağının dalğalanması, himninin oxunması həmişə qürurvericidir, köksümüzü qabardır, izzəti-nəfsimizi oxşayır. Bir çempionun yetişdirilməsi idmanın kütləviliyinin təbliği üçün ən inandırıcı “əyani vəsait”dir.

Bəli, bilirik ki, sağlam bədəndə sağlam da ruh olar. Ancaq bədən də tək əzələlər düyünündən ibarət deyil, onu idarə edən, fərqlənməyə stimullaşdıran, iradəsini qələbə üçün səfərbər edən də beyindir, ağıldır. İstənilən qələbə yalnız ağlın gücünə söykənəndə sabitqədəm olur.

... O ölkələrdə ki, insan gündəlik yaşam uğrunda mücadilə verir, elm dövlətin “siyahısı”nda axırdan birinci-ikinci dərəcəli məsələlər qrafasına keçir.

Son onillkillərin iqtisdi inkişaf fenomeni və modeli sayılan ölkələrə nəzər salaq; Dubay, Sinqapur, Qətər... istər tikinti-quruculuq işlərinin vüsəti, istər ümumi inkişaf dinamikası, ümumi daxili məhsul istehsalı, adambaşına düşən ÜDM və milli gəlir, habelə digər magistral parametrlər üzrə “analoqu olmayan” Azərbaycanı çox-çox geridə qoyublar. Niyə? Çünki həmin ölkələrdə bacarıqlı, savadlı, CV-də gözə soxmaq xatirinə deyil,həqiqətən də nüfuzlu ali məktəblərdə təhsil almış idarəçilər komandası işləyir və onlar bütün qərarlarını elmi şəkildə təsdiqini tapmış, uğur və perspektiv vəd edən “alqoritmlər” əsasında verirlər. İstənilən inkişafın, uğurun, qələbənin, hətta idmanda belə, düsturu qolun deyil, beynin, ağlın güc əzələləri ilə həll olunur.

Azərbaycanda idmanın kütləviliyinə nail olunub, mərəkəyə çıxarılası uğurlar da az deyil. Lakin həmin uğurları qiymətləndirərkən hökumət “öz yorğanına” baxmır, ayağını inkişaf etmiş, G7, G20 təsnifatına daxil olan qüdrətli dövlətlərin “yorğanından” da beş-on metr bayıra uzadır.

Təsəvvür edin ki, dünya mətbuatında ismi əksər vaxt “vayqanlı” məsələlərdə hallanan Azərbaycanın adı 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunları vaxtı çempionlara ən yüksək qonorar vəd etmiş ölkə kimi keçirdi.

2008 - ci ildə Pekində keçirilmiş XXIX Yay Olimpiya Oyunlarında idmançılarımız 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı. Ancaq Azərbaycanın verdiyi qonorar özündən deyən çox ölkənin “qanını dondurdu”. Eyni səxavətin London olimpiadası sonrası da şahidi olduq – 600 min manat , yəni o vaxtı kursla 750 min dollar! Təsəvvür edirsinizmi bu nə deməkdir?! Kimisi bu cür səxavətmi deyək, görməmişlikmi adlandıraq, jestə sadəcə güldü, kimisinin “qamburger”i boğazında qaldı.

Hələ bunun üstünə idmançılara onların təmsil etdiyi federasiyalar tərəfindən verilmiş pul mükafatını, bəzi şirkətlərin mənzil, avtomobil baratlarını da əlavə edəndə nəinki sıradan alimin, professorun, akademikin, hətta Harvard, Yel, Massaçusets universitetlərinin, dünyanın tanınmış alimlərinin gözlərini hədəqəsindən çıxmağa vadar edə biləcək astronomik məbləğ alınır.

Bilin, tanıyın, biz buyuq!

Biz dünyanın taleyinin asılı olduğu elmə qəpik-quruş, idmançıyasa milyonlar səpələyən, özünü dünyada biliklə deyil, təpiklə tanıtmağa üstünlük verən məmləkətik!

Rio olimpiadasının iştirakçı ölkələrinin çempionlara ayırdığı mükafatın məbləği ilə tanış olmaq istərdinizmi? Buyurun! Həmin günlərdə "Amerikanın Səsi"nin dərc etdiyi cədvələ əsasən, Azərbaycan siyahıda fəxri yerdə idi 510 min dollar (dövlət başçısının bəyan etdiyi rəsmi rəqəm 400 min manat idi – !). Sinqapur öz çempionuna 746 min, İndoneziya 382 min, Tailand 314 min, Qazaxıstan 250 min, Fransa 65 min, Rusiya 60 min, Çin 31 min, ABŞ 25 min, Almaniya 19 min, Britaniya isə “record” – 0 dollar vəd etmişdi.

Bu yerdə Azərbaycanımız üçün Mayakovskinin məşhur misraları yada düşür: - Alın … a! Yana-yana qalın …a!”

Ancaq kiçicik bir “əmma” ilə!

Azərbaycan mükafat büdcəsinə görə Şərqi Asiya pələngləri – Sinqapur, İndoneziya və Tailandın da daxil olduğu liderlər qrupunun “autsayder”i idi. Bəs bu ölkələr kimdir, yaxud nəçidir?

Sinqapur – ÜDM 585,055 mlrd doll., adambaşına düşən ÜDM 64.041 (dünyada 7-ci), adambaşına ümumi milli gəlir 905.700 doll. (dünyada 9-cu).

İndoneziya – ÜDM 895 mlrd doll.; Tailand – ÜDM 1 trilyon 236 mlrd doll., adambaşına düşən ÜDM 17.900 dollar.

... Və Azərbaycan – ÜDM 57 mlrd doll., adambaşına düşən ÜDM 4569 dollar.

Bu siyahıda ölkəmiz Qazaxıstan (71), Türkmənistan (78), Qvineya, Qabon, Ekvador, Qvatemala kimi ölkələrdən sonra 103-cü yerdə qərar tutub.

Ancaq nə qəm?! Ətrafa pul saçmaqda, forslanmaqda ki, öndəyik!

Hərdən küsüb-inciyib “boykot” elədiyimiz Avropa ilə müqayisə də maraqlı olardı deyə bəzi ölkələrin iqtisadi gücünü və olimpiya birincilərinə ayırdığı mükafatın məbləğini təqdim edirik: Polşa – ÜDM 586 mlrd doll., adambaşına düşən ÜDM 15.431 doll, mükafat 50 min avro; Avstriya – müvafiq olaraq 456 mlrd doll. 51.509 doll., 17 min avro; Almaniya – 3 trilyon 997 mlrd doll., 48.264 doll., 20 min avro; Niderland – 914 mlrd doll, 53.106 doll., 25.500 avro.

Ən maraqlı faktsa ondan ibarətdir ki, Skandinaviya nəhəngləri sayılan İsveç (ÜDM 551 mlrd doll., adambaşına düşən ÜDM 53.873 doll.) və Norveç (ÜDM 435 mlrd doll., adambaşına düşən ÜDM 81.695 doll.), habelə Böyük Britaniya olimpiya çempionluğunu “şərəf işi” sayaraq (bizim idmançıların gözündən iraq - !) idmançılara bircə “kron” yaxud “funt” belə vermirlər.

Yaddaşlarda möhtəşəm açılış və qapanış səhnələri qalan 2015-ci il I Avropa oyunlarının estafetini nəhayət ki, 2019-cu ildə Belarus qəbul etdi. Azərbaycan I yeri tutmuş hər bir idmançıya 150 min, II yerə sahib çıxanlara 80 min, bürünc mükafatçılara isə 50 min manat ödədi. Beləliklə, 28 medala görə 3,3 milyon manat mükafat.

Hasil olan “fəlsəfə”

Vaxtilə olimpiya çempionuna 870 min dollar vəd edən Sinqapur indi həmin rəqəmi 50 minə endirib. Vur -tut 725.7 kv km ərazisi və 6 milyon nəfərə yaxın əhalisi olan bu ölkənin olimpiya çempionu yoxdur. Lakin belə bir “itki” onu heç vəchlə müsbət mənada “analoqu olmayan ölkələr” cərgəsindən çıxarmır.

Gedib İngiltərənin ən aparıcı futbol klublarını “optovoy”, “brutto”su qarışıq alan ərəb şeyxi, yaxud həmin o Sinqapur, Qətər, Bruney, Lüksemburq, ABŞ, Çin olimpiya ümidi verən ayrı-ayrı idmançıları pulla şirnikləndirib öz ölkəsinə cəlb edə bilməzmi? Bilər də, edər də! Hamısı, bizimkilər qarışıq, yüyürə-yüyürə gedər. Etmir!

Çünki onun üçün əsas prioritet ölkəsini, xalqını, millətini firavan, rifah içində yaşatdıra biləcək fəaliyyət sahələrinin inkişafının qayğısına qalmaqdır.

Son illərin Azərbaycanına nəzər salaq – vaxtilə zarafatla da olsa özümüzə “şair xalq” adı vermişdik. İndi isə daha təhlükəli pandemiyaya yoluxmuşuq. Yox-yox, söhbət koronavirusdan getmir. İmkan versək, bu gün-sabah dəf olub gedəcək o şoqərib. Qalan isə yetişməkdə olan nəslin intəhasız idman və şou sevgisidir.

Təbii ki, biz böyük idman və sənət sevgisini yalnız alqışlayırıq. Baxmayaraq ki, bu heyranlıq bizdə şıq həyat tərzinə, tox yaşayışa “qızıl açar” assosiasiyası yaradır.

Bəli, hər qəbuldan sonra ali məktəb auditoriyaları boş qalmır. Lakin bitirəndən sona neçə nəfər həqiqi elmlə məşğul olmağa üstünlük verir?

Tək-tük, adda-budda! Səbəbini söyləyək? Çox sadədir!

Adam fikirləşir ki, cavan canını laboratoriyalarda çürüdüb ayda 200 manat alınca, gedib tuman-köynək satar, “toy oxuyar” və bir professorun bir ildə dövlətdən qazandığını üç-beş günə qazanar.

Yaxud həndəsi proqressiya ilə götürək; beş akademikin, on “çlenkor”un, 15 professorun gözünü tökə-tökə bir ildə işləyib qazandığını hansısa idman yarışında üç-beş dəqiqə “şillə-təpik” atmaqla əldə etmək mümkündürsə, bu elm deyilən sahədə kimin nə “iti azıb”?!

Hər idman yarışından sonra ölkə başçısına xoş gəlsin deyə çempiona pul, ev, avtomobil bağışlayan iri məmurların, sahibkarların növbəsi az qala Hövsanda başlayıb Bayılda bitir.

Bu məmləkətdə çox yox, bircə kişi barmağını qatlaya bilərmi ki, indiyədək neçə alimə dəstək verib, neçə alimi yeni tapıntılara təşviq edib?

Bəlkə ölkənin hansısa iri məmuru yaxud iri sahibkar (zatən, bizdə iri məmur və iri sahibkar kəlmələri sinonim kimi səslənir - !) fundamental axtarışlarla məşğul olan bir alimi çağırıb barmağına “yod” sürtüb, məşuqələrinə bağışladığı evlərdən, maşınlardan hədiyyə edib?!

Xeyr, bizimkilər o cür ürək sahibi deyillər!

Təptəzə bir misal; bunu da deyib nöqtəni qoyuram.

Ölkədə koronavirusla mübarizə ilə bağlı ictimai fond yaradılıb. İdeya fəna deyil; bizim millət evində uşaqları acından qussa belə “elnən gələn bəlaya” son tikəsini əta edəndir. Sosial şəbəkələrdə bir-iki rəqəm diqqətimi cəlb elədi. Deməli, bu günlərdə prezidentin əfvinə “məzhar” olan Akif Çovdarovun bircə dəfə “gözünü ağartması” ilə neçə ildən bəri “işləyib qazandığı” üç milyon dolları (- ?!) tıpış-tıpış, burcudub eləmədən aparıb təslim edən birisi həmin fonda beşcə min manat (yəni üç min dollar - !) köçürmüşdü.

Başqa bir misal. Paytaxt rayonlarından birinin yırtıcı tamahına görə “canavar” ləqəbli başçısı tanıdığım birindən qarajına sənəd üçün 20 min manat (o vaxtkı məzənnə ilə 25 min dollar - !) aldığı halda, fonda üç min manat vermişdi.

Bu arada özbək iş adamı Alişer Usmanov öz ölkəsinə eyni məqsədlə 20 milyon dollar bağışladı.

Heç şübhəsiz, xeyriyyəçilik, altruizm, filantropluq ... kimi nəcib keyfiyyətlər bizlərlik deyil!

Vallah və tillah, həyat göstərir ki, bu dünyaya, bu millətə, Azərbaycana təpikdən çox bilik lazımdır!

Qorxu, təzyiq, zopa, həbs, ayrı-seçkilik, korrupsiya, saxtakarlıq deyil, qayğı, qanunçuluq, haqq-ədalət, həmrəylik, xoş sima, rifah ... lazımdır!

Siz necə düşünürsünüz?

Şərhlər

vaqif 2020-05-07 15:37:20

çox gözəl analitik məqalə.

nəzakət 2020-05-04 11:01:42

İstedadli jurnalist Xalid bəy mən sizə təşəkkür edirəm

Qarabağ-Analoq 2020-04-24 20:32:43

Sizcə, nədən, biz İşğalçı ilə yarışır və onun Tətik-təpiyi altına girmişik?

Akif m 2020-04-19 18:46:23

Sizin yazıları hər zaman maraqla oxuyuram . Fikirləriniz məzmunlu və məntiqli olur ...

Könül 2020-04-19 12:30:32

Hörmətli müəllif.Məqalənizi çox böyük maraqla oxudum.Ne yazıq ki,fikirlərinizdə 100de 100haqlısınız.Ne yazıq ki,kəlməsini ona görə yazdım ki, bu millət bu xalq belə olmamalıydı.Bu ölkədə təhsilə,elmə verilən qiymət sizin sözlərinizə desək şillə-təpik vuranlar və ibtidai sinif həcmində savadı olmayan, danışıq qabiliyyəti və cəmiyyətdə özünü aparmaq qabiliyyəti olmayan "manıslardan" yüksək olmalı idi.

Vazeh 2020-04-18 09:44:29

Mukemmel sherh!

Rövşən 2020-04-18 01:07:19

Bu yaxınlarda hörmətli deputatımız, bütün məsələr üzrə mütəxəssis səviyyəsinə yüksəlmiş Qüdrət HƏSƏNQULİYEV bildirdi ki, Elmlər Akademiyasını bağlamaq, elmin taleyini Universitetlərə vermək lazımdır. Bu barədə Siz nə düşünürsünüz, hörmətli Xalid müəllim..?

Ali 2020-04-18 00:19:33

Çoxdandır belə maraqlı yazı, belə müqayisə və nəticələr oxumamlışdım. O iti qələminizə, analitik ağlınıza və vətəndaş vicdanınıza bizm oliqarxlar və "timsah" məmurlar quurban olsun.

Shahla Huseynzada 2020-04-17 20:01:39

Xalid bəy yüksək professionallıq səviyyəsində yazılmış məqalədir.

Bəhram ƏŞRƏFİ 2020-04-17 17:54:34

Hələ 1960-dan siyasət hərblə tibb elmini kənara təpikləyib?

vetensever 2020-04-17 17:46:38

dahi nizami yazirdi rutbeler icinde secilir biri hamidan ucadir alimin yeri

Eli 2020-04-17 15:01:38

Bunlar o kateqoriya adamlardır ki ermenini rusu yehydini meclisinin yuxarı başına çıxarıb öz milletine xor baxar beyenmezBunlar hemin adamlardır ki Heyder Eliyevi Bakıya byraxmırdılar. İndi meydan boşdur bunlar....

Hüseyn 2020-04-17 11:10:17

Dəyərli yazı,yüksək analitik təhlil,uğurlu müqayisə və cəsarətli mövqedir. Xalid müəllim çox təssüfki, yazdıqlarınızın hamısı doğruur

rufet 2020-04-17 10:28:16

80lerin jurnalistleri 80lerin filoloqlarindan oyrenin millet ucun yanmagi

rufet 2020-04-17 10:25:10

sen

Eli 2020-04-17 02:40:33

Mükemmel

Mühəndis B. 2020-04-16 22:17:52

Əla təhlilə: Biz öz xalqımızın işləməsinə də, düşünməsinə heç razı olmarıq!?

Ərtoğrul 2020-04-16 21:02:19

Allah razı olsun!

izləyici 2020-04-16 19:32:54

çox vacib, diqqətə alınası qeydlər var bu yazıda. Hökümət növbəti proqram qəbul eədndə yada düşəydi barı

Adnan 2020-04-16 16:45:54

Hörmətli Xalid müəllim! Geniş şərh yazdıqda silindiyindən bir cümlə ilə fikrimi bildirirəm. HALAL OLSUN! SON VAXTLAR BU SƏVİYYƏDƏ ANALİTİK YAZI OXUMAMIŞAM!

Son yazılar


Новости

Обзор на EPOS GTW 270 Hybrid

Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price