Menu

“İranda koronavirusdan ölənlərin sayı rəsmi statistikadan 8-10 dəfə artıq ola bilər” – Qərb mətbuatı

16.04.2020, 14:08
“İranda koronavirusdan ölənlərin sayı rəsmi statistikadan 8-10 dəfə artıq ola bilər” – Qərb mətbuatı

“İranda koronovirus pandemiyasından ölü sayı rəsmi açıqlanan rəqəmlərdən iki dəfəyə yaxın çox ola bilər. Bunun bir səbəbi sayın düzgün göstərilməməsi olsa da, digər səbəbi heç də nəfəs problemi olan hər bir kəsin virus testindən keçməməsidir”. “The Associated Press” agentliyi bunu İran parlamentinin hesabatına əsasən byazır.

Ölkənin səhiyyə rəsmiləri hələlik, hesabata şərh verməyiblər. Bu, islam respublikası hökumətinin statistikasına indiyədək ən yüksək səviyyədə verilmiş reaksiyadır və uzun müddət idi beynəlxalq ekspertlər bu məsələdən şübhələnirdilər. Çərşənbə günü açıqlanmış rəqəmlərə görə, İranda koronavirusa 76 min 389 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, onlardan 4 min 777 nəfəri vəfat edib.

Hesabat aprelin 13-də açıqlanıb. Bu arada İran Prezidenti Həsən Ruhani ölkə iqtisadiyyatını tədricən təkrar açmağa çalışır. İqtisadiyyat onsuz da ABŞ-ın sanksiyalarından böyük ziyan görüb. Əgər həqiqətən də Dünya Səhiyyə Təşkilatıma (DST) ötürülən rəqəmlər yanlışdırsa, bu, iş yerlərinin açılmasının yoluxmaların ikinci dalğasına səbəb olacağıəndişələrini gücləndirir.

“Protokol və aparılan statistika arasında daha böyük uyğunluqdan ötrüölkənin laboratoriya və test qabiliyyətini artırmaq lazımdır”, – hesabatda vurğulanır.

46 səhifəlik hesabatıİran parlamentinin araşdırma mərkəzi hazırlayıb, onlayn yayılıb. Hesabatın ölkədə heç bir partiya üzvü olmayan ekspertlər tərəfindən yazıldığı bildirilir.

İranda sərt xətt tərəfdarları Ruhani və administrasiyasının pandemiyaya reaksiyasını tənqid edirlər. Prezidentin 2015-ci ildə imzaladığı nüvə sazişin iflasından dolayı onsuz da mövqeyi yaxşı deyildi. Prezident Donald Tramp 2018-ci ildə ABŞ-ın sazişdən çıxdığını elan edib və Tehrana sanksiyalar bərpa olunub.

Hesabatda deyilir ki, Səhiyyə Nazirliyinin rəqəmləri yalnız xəstəxanada ölənləri və test nəticələri pozitiv çıxanlarıəhatələyir. Evlərində vəfat edən koronovirus qurbanları isə gözardı olunur. Ekspertlər İranda kütləvi testlərin aparılmadığını vurğulayır. Sənəddə bildirilir ki, real ölü sayı indiyədək açıqlanan rəqəmlərdən 80 faiz, yaxud iki dəfəyədək daha çox ola bilər.

Yoluxanların sayına gəlincə, real yoluxma sayının “səkkiz-on dəfə” daha artıq ola biləcəyi vurğulanır. Agentlik yazır ki, əgər hesabatda yazılanlar doğrudursa, İranda koronovirus qurbanlarının sayı 8 min 500, yoluxma sayı 760 min nəfər ola bilər.

Qeyd edək ki, hazırda BirləşmişŞtatlarda 600 mindən çox təsdiqlənmiş yoluxmanın olduğu bildirilir. Ekspertlər bu sayın da daha artıq ola biləcəyini deyirlər.

Ötən həftə müqəddəs Məşhəd şəhərindən deputat Rıza Şiran deyirdi ki, “ölü sayı düzgün hesablanmayıb”. Onun iddiasına görə, rəsmi hesabatlarda “kəskin respirator sindrom”dan ölənlərdən söz açılır. Səhiyyə nazirinin müavini Alı Rıza Raisi çərşənbə günü etiraf edib ki, İranın test aparmaq sahəsindəüzləşdiyi limit onun yoluxanların dəqiq sayına malik olmadığı deməkdir.

İran islam respublikasının qurucusu Ayətulla Ruhullah Xomeyninin ölümünün ildönümü tədbirlərini də təxirə salıb.(azadliq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol