Menu

Mehriban Əliyeva Gürcüstana minnətdarlıq edib

17.04.2020, 00:23
Mehriban Əliyeva Gürcüstana minnətdarlıq edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Facebook” səhifəsində Gürcüstanın paytaxtı Tbilisidə yerləşən teleqüllədə Azərbaycan Respublikasının dövlət bayrağının işıqlandırılması ilə əlaqədar qardaş ölkəyə minnətdarlığını bildirib.

"Report" xəbər verir ki, paylaşımda deyilir: “Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm! Çətin sınaq anlarında xalqların bir-birinə dəstək göstərməsi – dostluq və qardaşlığın ən gözəl təzahürüdür. Əminəm ki, xalqlarımızın möhkəm iradəsi və həmrəyliyi sayəsində biz dünyamızın bu gün üzləşdiyi bütün çətinlikləri tezliklə geridə qoyacağıq! Hamıya möhkəm cansağlığı arzulayıram!”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol