Menu

Hindistanda koronavirusa yoluxanların sayı 13387-yə çatıb

17.04.2020, 10:20
Hindistanda koronavirusa yoluxanların sayı 13387-yə çatıb

Hindistanda son sutka ərzində koronavirusa daha 1000 nəfər yoluxub.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Hindistanın Ailə və Tifah Nazirliyindən bildirilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 13387-yə çatıb.

Hazırda Hindistanda 11201 nəfər koronavirusdan müalicə alır, 1748 nəfər sağalıb, 437 nəfər isə dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol