Menu

Karantin vaxtı Milli Məclisin iclasları qısa müddətdə keçiriləcək

17.04.2020, 11:52
Karantin vaxtı Milli Məclisin iclasları qısa müddətdə keçiriləcək

Milli Məclisin plenar iclaslarının karantin dövründə 2 saat keçirilməsi təklif edilib.

“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.

O bildirib ki, karantin dövründə parlamentin iclaslarında çıxışlar 5 dəqiqə müddətində olmaqla, iclaslar 2 saat müddətində keçirilsin: “Əgər iclasda məsələlərin müzakirəsi 2 saatdan çox olarsa, fasilə edilsin və iclas zalı ventilyasiya olunsun”.

Daha sonra təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol