Menu

Türkiyəli professor “COVİD -19”un dərmanını tapdığını açıqlayıb - FOTO

17.04.2020, 16:54
Türkiyəli  professor “COVİD -19”un dərmanını tapdığını açıqlayıb - FOTO

Koronavirusun müalicəsi üzərində komandası ilə laboratoriyada tədqiqatlar aparan professor-doktor Ercüment Ovalı bu gün cəmiyyəti həyəcanlandıran açıqlama verib. 

O qeyd edib ki, son 1 ayda laboratoriyada üzərində çalışdığı bir dərman artıq uğur qazanıb və bunu ən qısa müddətdə sınaqdan keçirmək lazımdır. “Dərman (Dornoz Alfa) o qədər təsirlidir ki, insanların həyatını qurtara bilər” – deyə Ovalı tvitter açıqlamasında bildirib.

Qeyd edək ki, bundan öncə də E.Ovalı Hürriyyət qəzetinin köşə yazarı Nedim Şenerə müsahibəsində “1 ay ərzində bütün dünya çalışmalarımızın hansı nəticə verdiyini 23 apreldə görəcək” demişdi. 

E.Ovalının bu açıqlaması həmkarları tərəfindən tənqidlə qarşılanıb. 

Bu gün isə tvitter hesabındakı açıqlamada bildirib ki, 23 apreli gözləməklə insanların həyatından daha bir neçə günün itməsini istəmir.

Şərhlər

Elli 2020-04-17 17:29:36

Professor əgər koronanın dərmanını tapmısınızsa Nobel mükafatı sizin halalınız olsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol