Tacikistan parlamentinin aşağı palatası - Məclisi Millinin altıncı çağırış birinci sessiyası keçirilib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, sessiyada Tacikistan Prezidenti Emamali Rahmon çıxış edib.
Sessiyada Tacikistan Prezidentinin böyük oğlu Rustam Emamali Tacikistan parlamentinin aşağı palatası - Məclisi Millinin sədri seçilib.
İclasda sədr müavinləri və komitə sədrləri də seçilib.
Xatırladırıq ki, R.Emamali 2012-2017-ci illərdə Tacikistan Futbol Federasiyasının prezidenti, 2017-2020-ci illərdə Düşənbə şəhərinin meri vəzifələrində işləyib.


Şərhlər
Deyirem. göresen bu hörmetli müselman ölkelerinin prezidentleri meselen Nazarbayev İmameli Raxmon Amerikanların çekdiyi “Qladiator”kinolmine baxıblar.Baxıblarsa 2000 il bundan qabaq hökmdarlıq etmiş meşhur Mark Avrelinin dövletçiliye münasibetine nece qiymet verirler.