ÜRƏKDƏN ÜRƏYƏ KÖÇƏN HƏKİMLƏR...

Nurəddin İSMAYIL

Koronovirus bəlasının tüğyan etdiyi bir vaxtda hər cür fədakarlıq göstərən, gecə-gündüz bilmədən tibbi xidmət göstərən, öz sağlamlığı risq altında qalsa belə neçə xəstəni həyata qaytaran həkimlərimizə və onların timsalında bütün tibbi personala Allahdan səbr, əzm və şəfalar diləyir, bu şeiri onların varlığına ithaf edirəm.

Həkimlər

Sadiqdir peşəyə, loğman adına, 

Hippokrat andını içən həkimlər. 

Harada xəstə var, çatar dadına, 

Hər ağrı, acıdan keçən həkimlər.


Çarə qılar dərdə, şəfalar verər, 

Xəstəyə xoş ovqat, səfalar verər,

İnsanlıq yolunda cəfalar verər, 

Ürəkdən ürəyə köçən həkimlər.


Məhrəmdir sənəti, özü insana, 

Həyata səsləyən, sözü insana, 

Tanrım çox görməsin sizi insana.

Qəlblərə işıq tək saçan həkimlər.


Canda ağrı, hər kəs onu arayar, 

Yaraları məlhəm qoyub sarıyar, 

Bəla gəlsə səni ondan qoruyar, 

Ömrə təzə qapı açan həkimlər.


Min bir dərdə odur edən əlacı, 

Əməli xoş, baxma bəzən dil acı, 

Təbib yoxsa, canın çəkər bil, acı, 

Bizə şəfa donun biçən həkimlər.

15.04.2020

635x100

Şərhlər

Elli 2020-04-18 16:35:27

Sağ ol!

Son yazılar