Menu

Birinci rübdə turizm və ictimai-iaşə sektoru 14% kiçilib - DSK 3 ayın rəqəmlərini açıqladı

18.04.2020, 15:47
Birinci rübdə turizm və ictimai-iaşə sektoru  14% kiçilib - DSK 3 ayın rəqəmlərini açıqladı

Dövlət Statistika Komitəsi (DSK) 3 ayın sosial-iqtisadi yekunlarına dair məlumatları açıqlayıb.
Məlumatda təqdim olunan rəqəmlərdə mart ayında rəsmi şəkildə sərt karantin rejimi tətbiq edilməsə də, insanların kütləvi yerlərdən və tədbirlərdən özlərini mümkün qədər uzaq tutmağa çalışmasının, kütləvi məclis və mərasimlərin təxirə salınmasının nəticələri özünü göstərib.

Belə ki, mart ayında turizm və restoran sektorunda yaranan əlavə dəyərin həcmi 76 mln. manat olub. Bu, nominal ifadədə 2019-cu ilin mart ayına nisbətən 2.1 dəfə (87 mln. manat), 2018-ci ilin mart ayı ilə müqayisədə 2.2 dəfə (93 mln. manat) azdır.

3 ayın yekunlarına görə isə 2020-ci ilin yanvar-martında turizm və ictimai-iaşə sektoru real ifadədə ötən ilin eyni dövrünə nisbətən 14% kiçilib.

Ekspertlərə görə, çox güman ki, bu azalmada əsas rolu şadlıq və mərasim evlərinin fəaliyyətinin məhdudlaşması həlledici rol oynayıb.

Sərnişindaşımada da azalma özünü göstərib. Belə ki, 2018 və 2019-cu illərdə marta ayında nəqliyyat sektorunda sərnişin daşıma dövriyyəsi 156-157 mln. nəfər təşkil etdiyi halda, bu ilin martında 130 mln. nəfər qeydə alınıb.

2020-ci ilin mart ayının sərnişindaşıma göstəricisi son 2 ilin eyni ayının orta göstəricisindən 26 mln. nəfər və ya 17% azdır.

Bununla belə DSK elektrik enerjisi, qaz və su istehlakı barədə hər hansı məlumat açılamayıb.

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol