Menu

Azərbaycanın İran və Gürcüstanla sərhədi mayın 4-dək bağlı saxlanılacaq

18.04.2020, 20:24
Azərbaycanın İran və  Gürcüstanla sərhədi mayın 4-dək bağlı saxlanılacaq

Xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar Azərbaycan-İran sərhədinin mayın 4-dək bağlı saxlanılmasına qərar verilib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.

Bununla əlaqədar Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.

Eyni zamanda, r Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol