Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda xidmət sektorunun istehsal sektoru ilə müqayisədə aldığı böyük zərbə təkcə karantin rejiminə məruz qalması ilə bağlı deyil. Bir çox xidmət sahələri, xüsusilə də sərnişin nəqliyyatı, turizm, restoran xidmətləri karantin dövründə itirilmiş gəlirlərini bərpa edə bilməyəcəklər.
Musavat.com xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev bu fikirdədi. Onun sözlərinə görə, qeyd olunan sektorlar üçün hər günün öz qazancı var: “Təbii ki, restoranda 1 ay yemək yeməyən gəlib yemədiyi ayın da yeməyini yeyəsi deyil .
Amma tələb mədudluğu üzündən istehsalı ixtisara düşmüş fabriklər, zavodlar xeyli dərəcədə həmin müştərilərin ödənməmiş tələbini geri qazana biləcəklər. Məsələn, soyuducu, maşın, kompüter ehtiyacı olan, amma bu gün ala bilməyən adam 3 ay sonra imkan düşsə bu tələbatını ödəyəsidi.

Müəyyən mənada tikinti də belədir - evə ehtiyacı olan nə zaman imkan düşsə bunu alasıdır. Buradan çıxan nəticə budur ki, xidmət sektoru maliyyə sektoru üçün daha riskli müştəri qrupudur.Ona görə də böhran uzanacağı tədqirdə ən çox müflisləşmə və iflaslar xidmət sektorunda olacaq”.
Ekspertin sözlərinə görə, hazırda əhali kreditləri nəzərə alınmasa, Azərbaycan bank sektorunun verdiyi kreditlərin təxminən 30 faizi ticarət və xidmət sektoruna verilib: “Söhbət təxminən 2.5 milyard manatdan gedir. Bunun da 47 faizi dollar, 53 faizi manat kreditləridir”.


Şərhlər