Menu

İsraildə koronavirusa yoluxanların sayı 13,2 mini keçib

19.04.2020, 01:02
İsraildə koronavirusa yoluxanların sayı 13,2 mini keçib

İsraildə təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı gün ərzində 150-dən çox artaraq 13 265 nəfərə çatıb, bir gündə 6 nəfər virusdan ölüb, ölənlərin ümumi sayı 164-ə çatıb.

APA "RİA Novosti"yə istinadla xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, ağır vəziyyətdə olan xəstələrin sayı 164-ə, süni tənəffüs aparatına ehtiyacı olan xəstələrin sayı gün ərzində beş nəfər azalaraq 113-ə enib. Sağalmış xəstələrin sayı 200-dən çox artaraq 3456 nəfər təşkil edib.

Bundan əvvəl ölkədə 13 107 nəfərin virusa yoluxduğu və 158 nəfərin öldüyü bildirilirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol