Menu

"Rusiyada koronavirusla bağlı vəziyyət tam nəzarət altındadır" - Putin

19.04.2020, 12:22
"Rusiyada koronavirusla bağlı vəziyyət tam nəzarət altındadır" - Putin

Rusiyada koronavirusla bağlı vəziyyət tam nəzarət altındadır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə , bunu Rusiya prezidenti Vladimir Putin bildirib

"Hakimiyyətin bütün qolları koronavirusla bağı vəziyyətdə ritmik, təşkilatı və məsuliyyətli çalışır. Bütün cəmiyyətimiz ümumi təhlükəsizlik qarşısında birləşir" ,- deyə Putin Rusiya pravoslavlarını Pasxa bayramı ilə bağlı təbrikində vurğulayıb.

Rusiya prezidenti ölkəsinin bu sınaqdan layiqincə keçəcəyini də söyləyib: "Bunun üçün resurslarımız və ehtiyatlarımız var. Biz bunlardan istifadə edirik. Bununla yanaşı digər dövlətlərin koronavirusla mübarizədə təcrübələrini analiz edirik".

Şərhlər

t.ədalət 2020-04-19 14:43:13

Sovet dövrünün iylənmiş yalanları davam edir.Dərdi nəzarət altına almaq olarmı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol