“Son siyahıyaalma zamanı da göründü ki, bir çox evlərə gedilmədi, dəqiqləşdirmə aparılmadı. O cümlədən, Prezidentin də bildirdiyi kimi, işsizlərin sayı dəqiq deyil. 190 manatlıq birdəfəlik ödəmə zamanı da işsizlərin sayı müəyyən qədər bilinir. Bu çox ciddi problemdir və bunu araşdırmaq lazımdır”.
"AzPolitika" bildirir ki, bunu modern.az-a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
V.Əhmədov bildirib ki, Prezidentə yanlış informasiya verənlər mütləq cəzalandırılmalıdır.
“İşsiz adamı işləyən kimi göstərirsən və o da faktiki olaraq yardımlardan kənarda qalır?! Yaxşı ki, Prezident bu kimi neqativləri aşkarlayır. Qeyd edim ki, bu indinin məsələsi deyil. Bununla bağlı Dövlət Statistika Komitəsində ciddi problemlər var. Ölkədə aparılan siyahıyaalma dəqiq olsa, digər sahələrdə də dəqiqləşmə aparmaq çətin olmaz. Hər kəs öz mundirini, öz kreslosunu qorumaq üçün istənilən addımı atır. Biz işsizlərin sayının 5 faiz olduğunu deyiriksə, bəs bu gün müraciət edən işsizlərin sayı niyə belə çoxdur?”,-deyə millət vəkili soruşub.
V.Əhmədov əlavə edib ki, düzgün məlumat vermək lazımdır ki, Prezident də mövcud vəziyyəti analiz edə bilsin.
“Bilsin ki, ölkədə həqiqi vəziyyət nə cürdür. Prezident təkdir, o hər şeylə tək-tək məşğul ola bilməz. Ona məlumatlar hökumət, nazirlər, İcra hakimiyyətləri tərəfindən verilir. Koronavirus göstərdi ki, bəzi məlumatlar dövlət başçısına düzgün verilmir. Bu yalnız işsizlərin sayı ilə bağlı deyil, problem digər sahələrdə də var. Hər məmur öz yerini qorumağın hayındadır”,-deyə V.Əhmədov vurğulayıb.

Şərhlər
deyilən yalanlara görə parlament nə tədbir görür.
Prezident özü bir əncam qılar. Parlamentə deyilən
Mən deyərdim ki, Statistika Komitəsi müəyyən qədər lazım olmayan rəqəmləri dövlət,özəl müəsisələrdəm tələb edirlər.Məsələn işçilərin sayı və hesablanmış əmək haqqı.bu göstəricilər DSMF -nun hesabatlarında göstərilir. Sonra sərf olunmuş enerji,yanacaq,və başqa komunal xərclər vergi bəyənnamələrində tam əksini tapır. Bəs bu təkrarlama kimə lazımdır.İqtisadiyyat nazirliyində bir şöbə olsa,bu şöbə də rəqəmləri müvafiq sturukturlardan alsa daha dəqiq məlumat olar.Statistika komitəsində hal hazırda işçi sayı çoxdur ancaq iş yoxdur.Bir halda ki bir statistik hesabatı onlaynla göndərmək üçün 10 dəqiqə vaxt lazımdır.xdur
Vahid müəllim Milli Məclisdə az-çox gerçəkləri əks etdirən çıxışları ilə yadda qalan az kişilərdən biridir. Nə yazıq ki, bəzən Vahid müəllim söyləmiş olduğu bu gerçəklərin səbəbi və bu səbəblərin aradan qaldırılması yolları barədə fikirlərinə, son vaxtlarda az rast gəlinir. İndiki ağır şəraitdə söylədiyi bu fikir kimi ki, "Prezident təkdir, o hər şeylə tək-tək məşğul ola bilməz. Ona məlumatlar hökumət, nazirlər, İcra hakimiyyətləri tərəfindən verilir. Koronavirus göstərdi ki, bəzi məlumatlar dövlət başçısına düzgün verilmir. Bu yalnız işsizlərin sayı ilə bağlı deyil, problem digər sahələrdə də var. Hər məmur öz yerini qorumağın hayındadır”. Bəli Pandemiya bəlası Forsmajordu və şərtləri ağırdır. Lakin bu gün bu bəlanın deyərdim ki, ölkə üçün bu boşluqların üzə çıxarması yönündə bir pozitiv (təbii ki, allah millətimizi bu bəladan hifz etdin) tərəfi də oldu. Belə ki, əksər dövlət strukturlarında çoxlu boşluqlar və yalan göstəricilər üzə çıxmış oldu ki, bu da Ölkə Baççısının illərdir söyləmiş olduğu optimist fikirlərə bəzi sahələrdə kölgə düşürmüş oldu. Bu isə deyərdim ki, illərin məmur cəzasızlığının və bundan doğan məsuliyyətsizliklərin nəticəsidir. Bu nədəndir ki, bu gün bir çox dövlət strukturları, xsusən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Statistika Komitəsi tam sınıfda qaldı. Ona görə də elə bilirəm, bu bəladan sonra çox dəyişiliklər olmalıdır. Unutmayaq ki, biz həm də müharibə şəraitində olan bir ölkəyik.
İllərin məmur cəzasızlığının nəticəsidir bütün bunlar
Vahid müəllim bəs onda onu niyə demirsiniz ki, bütün bunlar nəyin nəticəsidir və bu növ məsələlərin həlli yolları nədir. Ümumi nöqsanları sadalamağa ne var ki.
Bu statistika size indi aydin oldu cox teesuf belke bele reqem ewitmek isteyirlerk isteyirler
Milli adam milli ruhda danışır və çox əsaslı dəlilərdən istifadə edir.Halal olsun.
Bürün ölkə bərbaq vəziyyətdədir.
Tamamile dogrudur, men de her zaman bunu deyirem. Hakimiyyeti daima aldadirlar. Aldatdilar ki, biz tibbi sigortaya yaziriq, amma ne oldu? 5-6 rayon sigortaya kechib, helede hechbir shey duzub- qosha bilmirler, chunki ,hazir deyiller. Deyirler su teminati, asfalt yollari, kanalizasiya xetleri-her shey qaydasindadir, amma, on minlerle insanlarin ichmeye suyu yoxdur, km- le yolu rezin bot ile kechirler palchigin elinden. Biz sozle, her shey yalanin uzerinde qurulub. Guclu nezaret mexanizmi lazimdir.
Vahid bey işsiz ona görə coxdur ki, maaş kartlarının əksəriyyəti hələ də məmurların cibindədir. Nəqliyyat sektoru bərbad gündədir. Nazir yatıb fil qulağinda ayılmır ki ayılmır. Statistika neyləsin işinə baxır siyahıya baxır adi var amma şinə görə pul maaş vermirlər axi. Onda olur işsiz. Harda 15 20 min işci var orda 70-80 faiz ölü can var Vahid bəy.
Vahid müəllim səriştəli və bacarıqlı kadrdır.Amma statistika komitəsini "suaqla" heç cür razılaşmaq olmur.Məmurların içərisində ən təmizi,yəni rüşvət almayanı elə bu Komitənin sədridir. Kimlərinsə tapşırığı ilə "naxçıvanlıdırsa,vurulmalıdır"-ideyasına sadiq qalmaq ölkəmiz üçün çox təhlükəlidir.Kadrların hansı regiondan olmasına yox,onun əxlaqi keyfiyyətinə,valideynləri tərəfdən milli olmasına baxmaq lazımdır....Barı,təmizlərə toxunmayaq!