Menu

Yük avtomobilində qohumunu gizlədən sürücü saxlanıldı - Foto

20.04.2020, 12:38
Yük avtomobilində qohumunu gizlədən sürücü saxlanıldı - Foto

Xüsusi karantin qaydalarını pozaraq yük avtomobilinin salonunda qohunumu gizlədib Balakən rayonuna keçirmək istəyən sürücü və həmin şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki postda aparılan profilaktik tədbirlər zamanı Kürdəmir rayon sakini Allahverdi Eybalıyevin idarə etdiyi “Shacman” markalı yük maşını saxlanılıb. Həmin nəqliyyat vasitəsinin salonuna baxış zamanı müvafiq icazəsi olmadan karantin qaydalarını pozaraq gizli şəkildə Balakənə gəlmək istəyən sürücünün qohumu Emil Fətəliyev müəyyən edilib.

Hər iki şəxs barəsində Balakən Rayon polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək cərimə ediliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol