Türkiyədə koronavirusdan ölən tibb işçilərinin sayı açıqlanıb.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Təbiblər Birliyi məlumat yayıb. Məlumata görə, aprelin 1-dən bu günə kimi Türkiyədə 24 tibb işçisi vəfat edib ki, onlardan 14-ü həkim olub.
Qurumun açıqlamasına görə, indiyədək 3474 tibb işçisi COVID-19 virusuna yoluxub, onların 38 faizini həkimlər təşkil edib.
Təbiblər Birliyi hökuməti daha ciddi tədbirlər almağa və tibb işçilərinin qorunması üçün bütün qoruyucu ləvazimatlarla təmin etməyə çağırıb.


Şərhlər
Allah ölən tibb işçilərinin hamısına rəhmət eləsin!