Menu

Fransada koronavirusdan ölənlərin sayı 21 mini ötdü

22.04.2020, 21:42
Fransada koronavirusdan ölənlərin sayı 21 mini ötdü

Fransada ötən sutkada 544 nəfər pandemiyanın qurbanı olub.“Report” AFP-yə istinadən xəbər verir ki, ölkədə virusdan ölənlərin sayı 21 340-a yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 604 000-i ötüb. Bunların 712 260 nəfəri sağalıb, 181 418 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol