Menu

Cərimələnən sürücülərin sayı 36 364-ə çatdı

23.04.2020, 09:55
Cərimələnən sürücülərin sayı 36 364-ə çatdı

Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 22.04.2020-ci il saat 00:00-dan 23.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat açıqlanıb.

DYP-dən bildirilib ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 22.04.2020-ci il saat 00:00-dan 23.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 208 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 36 364 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol