ALİ MƏHKƏMƏDƏN İLQAR MƏMMƏDOVLA BAĞLI ŞOK QƏRAR - Bəraət verildi, 234 min təzminat ödənəcək!

Bu gün Ali Məhkəmənin Plenumunda ReAL Partiyasının sədri İlqar Məmmədovun barəsində olan hökmlə bağlı işə baxılıb və qərar verilib.

Plenumun qərarına əsasən, İ.Məmmədov barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Ali Məhkəmənin qərarı ilə mənəvi zərərə görə İlqar Məmmədova 234 min manat təzminat ödənəcək.

Qərarı şərh edən İ.Məmmədov bunu Azərbaycan məhkəmə-hüquq tarixində yeni mərhələ adlandırıb: "Mənim üzərimdən nəinki məhkumluq götürüldü, mən artıq təqsirsizəm. Bundan o tərəfi yoxdur, tam haqlı, tam hüquqlu vətəndaşam. Mənəvi kompensasiya da önəmlidir. Amma ən önəmli odur ki, Ali Məhkəmənin Plenumu mənim təqsirsizliyimi təsdiqlədi".

Nəticələri ləğv olunan dairələr üzrə keçiriləcək parlament seçkilərində iştiraka gəlincə, ReAL sədri bildirib ki, bu məsələ ilə bağlı hələ konkret qərarı yoxdur: "Onu hələ dəyərləndirəcəyik".

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə o, vaxtından əvvəl azad edilib və cəzası şərti hesab edilib.

Daha sonra İ.Məmmədov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Ai Məhkəmə Şəki Ağır Cinayətlər Məhkəməsinin onun haqqında çıxardığı cəza dəyişdiriib və şərti cəzası ləğv edilib.

Belə ki, İ.Məmmədovun cəzası 5 il 6 ay 9 günə endirilib və həmin müddət də çəkilmiş hesab olunub.

635x100

Şərhlər

idris 2020-04-23 17:09:19

ÇOX MÜƏMMALIDIR

Tanish 2020-04-23 16:59:58

Pullari hakimiyyetde oturub repiresiya ile meshgul olan memurlardan ve onun yarisininida da mehkemeden almaq lazimdir

Yeni təmayül v-daş qr. 2020-04-23 15:49:13

İndi, Onunla və Qarabağ qaçqınlarının İnsan Hüquqlarını bərpa edək!

omer 2020-04-23 14:47:16

elbetdeki.bu pulu dovlet yox sehv edenler odemelidir

Səməd 2020-04-23 13:27:10

Azərbaycanın ən dəyərli siyasətçilərindən biri kimi İlqar müəllimə bəraət hökümünün çıxarılması Azərbaycan Respublikasının məhkəmə sisteminə baş ucalığı gətirdi. İlqar müəllimə dövlətçilik, milli özünüdərk, vətənpərvərlik, sabitlik, iqdisadi sahənin inkişafı və ən əsası Qarabağın işğaldan azad edilməsi sahələri üzrə fəaliyyətində uğurlar arzulayırıq.

elxan 2020-04-23 12:37:19

Təqsirsizsə deməli ona ittiham edən prokurorluq və hakimlər cəzalandırılmalıdırlar.Ə azından

Son yazılar