"Həm İlqar Məmmədov, həm də mənim seçkilərdə iştirak hüququmuz bərpa olundu". Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Rəsul Cəfərov Ali Məhkəmənin qərarından danışarkən deyib.
O qeyd edib ki, boş qalan dairələrə keçirilən seçkilərdə iştirak edib-etməməklə bağlı qərar partiyada müzakirə olunandan sonra verilə bilər: "İlqar Məmmədov sosial şəbəkədə siyasi dialoq daxilində müəyyən təmasların olduğunu qeyd etmişdi. Bu baxımdan bizdə müəyyən gözləntilər yaranmışdı. Amma əlbəttə ki, yekun qərarın necə olacağını bilmək üçün bu günü gözləmək lazım idi. Ona görə bu gün məhkəmə prosesinə getdik və qərar belə verildi".
Rəsul Cəfərov Ali Məhkəmənin qərarı ilə ona ödəniləcək 57400 min manat kompensasiyadan da danışdı: "Bu pulu xərcləmək üçün problemim çoxdur. Ailəliyəm, ev qayğıları, xərcləri. Kompensasiyanı əsasən bu istiqamətdə xərcləyəcəm".
Qeyd edək ki, Ali Məhkəmənin Plenumunun qərarı ilə İlqar Məmmədov və Rəsul Cəfərovun təqsirliyi barədə ittiham hökmləri ləğv edilib. Məhkəmə şəxslərə dəyən mənəvi zərərə görə Rəsul Cəfərova 57400, İlqar Məmmədova isə 234 min manat kompensasiya təyin edib.
***

"Report"un xəbərinə görə, Plenum qərar verib.
Qərara əsasən, Ali Məhkəmənin Plenumu yeni açılmış hallarla bağlı Rəsul Cəfərovun barəsində qəbul edilən məhkəmə qərarlarını ləğv edərək, təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraətverici əsaslarla iş üzrə icraata xitam verib və mənəvi zərərə görə 57 400 manat kompensasiya təyin edib.

Şərhlər
İndiki halda Azərbaycan məhkəmələrinin verdiyi bu qərarlar bizi şaşırdı. Çünki, törədilmiş hadisə nəticəsində 3ş5 ildi yürüdülən məhkəmədlərdə 9 aylıq körpəsi ilə başsız qalan anaya qaldırdığı 250 min mənəvi zərərlə bağlı iddiasına 1000 manat vəsait kəsilib. Bu nədən də proses hələ də davam edir