Menu

“Təhlükəsizliyimizi təhdid edən ABŞ gəmilərini vuracağıq” - SEPAH-ın komandanı

23.04.2020, 14:24
“Təhlükəsizliyimizi təhdid edən ABŞ gəmilərini vuracağıq” - SEPAH-ın komandanı

“İran hərbçiləri ölkənin təhlükəsizliyini təhdid edən ABŞ gəmilərini vuracaq”.

APA-nın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Salami deyib.

O bildirib ki, cavab gecikməyəcək. H. Salaminin sözlərinə görə, amerikalılar bir neçə dəfə bunun şahidi olublar.

“ABŞ hərbi gəmiləri bizim hərbi və mülki gəmilərimizə təhlükə yaradacağı təqdirdə, dəniz qüvvələrinə onlara zərbə endirmək əmri vermişik”, – deyə SEPAH-ın komandanı vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ gəmilərinə təhlükə yaradacaq İran silahlı gəmilərinin məhv edilməsi barədə hərbi dəniz qüvvələrinə təlimat verdiyini bildirib.

Şərhlər

t.ədalət 2020-04-23 14:28:22

İran viran olmaq üzrədir.Bu bəyanat da yalan üzərində qurulub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol