Çində vəhşi heyvanların satıldığı bazar yoxdur.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qen Şuan deyib.
"Çində ən çox fermer bazarlarına və təzə ət, balıq, tərəvəz, digər dəniz, kənd təsərrüfatı məhsulları satılan bazarlara rast gəlmək olar. Quş əti satılan çox az bazar var", -deyə diplomat bildirib.
O əlavə edib ki, belə bazarlar Çinlə yanaşı, Cənub-Şərqi Asiyanın bir çox ölkələrində var və onlar beynəlxalq qanunlarla qadağan deyil.
"Vəhşi heyvanların ticarəti qanunsuzdur, bununla kim məşğul olsa, Çin qanunvericiliyi əsasında məsuliyyətə cəlb olunacaq", - XiN rəsmisi vurğulayıb.
Xatırladaq ki, ABŞ-ın Dövlət katibi Mayk Pompeo Çini və başqa ölkələri vəhşi heyvanların satıldığı bazarları bağlamağa çağırıb.


Şərhlər
bunların ucbatından insanlıq təmiz məhvolma qarşısındadır.