Menu

Sabah yağış yağacaq

24.04.2020, 13:18
Sabah yağış yağacaq

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 11-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 756 mm civə sütununa enəcək.

Nisbi rütubət 75-85 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında sabah arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol