Menu

İlqar Məmmədova 234 min manat kompensasiya verilməsi doğru deyil? – Hüquqşünaslardan açıqlama

24.04.2020, 15:56
İlqar Məmmədova 234 min manat kompensasiya verilməsi doğru deyil? – Hüquqşünaslardan açıqlama

Aprelin 23-də Ali Məhkəmənin Plenumunun iclasında ReAL Partiyasının sədri İlqar Məmmədovun işinə baxılıb. Plenumun qərarıyla İ.Məmmədovun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.Həmçinin, İ.Məmmədova mənəvi ziyana görə 234 min manat kompensasiya təyin edilib.

ReAL - ın İdarə Heyətinin üzvü, hüquq müdafiəçisi Rəsul Cəfərov haqqında da eyni qərar çıxarılıb. Onun barəsindəki cinayət işinə də bəraətverici əsaslarla xitam verilib. R. Cəfərova isə 57 400 manat məbləğində kompensasiya ödəniləcək.

Ali Məhkəminin Plenumunun bu qərarı rezonans doğurub və geniş müzakirələrə yol açıb. 

Tanınmış vəkil Bəhruz Bayramov bildirib ki, bu iş Azərbaycanın məhkəmə tarixində bir ilkdir. Bununla belə vəkil qeyd edib ki, Ali Məhkəmənin plenumu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 62. 61.2,63 və 427-ci maddəsinə görə mənəvi ziyanla bağlı kompensasiya təyin edə bilməz. Qanunvercilikdəki bu maddələr onu istisna edir. 

“Hörmətli hüquqşünaslar, bəlkə mən səhv edirəm?. CPM-nə görəyalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarından sonra mülki qaydada iddia qaldırıb kompensasiya tələb etmək mümkündür”-deyə Bəhruz Bayramov bildirib.

Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri, hüquqşünas Hafiz Həsənov isə “AzPolitika.info”-ya bildirib ki, həmkarı Bəhruz Bayramovun bəyin mövqeyi iləümumən razıdır: “Eyni zamanda bildirirəm ki, Ali Məhkəmənin Plenumu bu işə Avropa Məhkəməsinin qərarları üzrə, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat qaydasında (CPM-in 455 - 460-cı maddələri) baxıb. Yəni Avropa Məhkəməsinin müvafiq qərarlarına uyğun olaraq baxıb və bu qərarlarda pozuntunun tanınması ilə yanaşı kompensasiyanın ödənilməsi də nəzərdə tutulur. Avropa Konvensiyasının və Avropa Məhkəməsinin qərarlarının milli qanunvericiliyə münasibətdə (Konstitusiya və Referendumla qəbul edilən aktlar istisna olmaqla) üstün hüquqi qüvvəyə malik olduğunu nəzərə alsaq, Ali Məhkəmənin sözügedən qərarlarının kompensasiyanın ödənilməsi hissəsində hüquqa zidd olmadığını düşünürəm. Həmçinin, CPM-in 61.2.-ci maddəsinin məzmununa görə bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks oluna bilər”.

H. Həsənov vurğulayıb ki, bu məsələdə onun üçün aydın olmayan bir məsələ var: “Bu, həm də qərarlar dərc edilməməsi ilə bağlı ola bilər: həmin kompensasiyalar müəyyən edilərkən hansı meyarlara əsaslanılıb?”.

AzPolitika.info

Şərhlər

Natiq 2020-04-24 16:02:59

Yəqin razılaşma yolu ilə olub. İlqar da bu qiymətə içləməyə razılıq verib...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol