Menu

Özbəkistanda 1 862 nəfər koronavirusa yoluxub

26.04.2020, 00:21
Özbəkistanda 1 862 nəfər koronavirusa yoluxub

Özbəkistanda ötən sutkada daha 26 yoluxma hadisəsi qeydə alınıb. “Report” xəbər verir ki, məlumatı Özbəkistanın Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, ölkə üzrə yoluxma hallarının ümumi sayı 1 862-yə yüksəlib.

Özbəkistanda aprelin 1-dən özünü təcrid rejimi tətbiq edilir.

Karantin müddətini xüsusi komissiya mayın 10-dək uzadıb. Yaşı 65-dən yuxarı olanlara evdən çıxmaq qadağan olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol