Menu

İranda daha 1153 nəfər koronavirusa yoluxub - 60 nəfər ölüb

26.04.2020, 14:49
İranda daha 1153 nəfər koronavirusa yoluxub - 60 nəfər ölüb

İranda son sutka ərzində yeni növ koronavirusa (COVİD-19) yoluxan daha 60 nəfər vəfat edib.

APA-nın IRINN telekanalına istinadla verdiyi məlumata görə, bunu İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur bildirib.

Bununla da İranda koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 5 min 710 nəfərə çatıb. Ötən sutka ərzində ölkədə 1153 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb və ölkədə koronavirusa yoluxanların sayı 90 min 481 nəfərə çatıb. İndiyə qədər virusa yoluxan 69 min 657 nəfər sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol