Menu

Repetitor fəaliyyəti ilə bağlı qaydalar hazırlanır

27.04.2020, 18:31
Repetitor fəaliyyəti ilə bağlı qaydalar hazırlanır

"Repetitor fəaliyyəti ilə bağlı fərdi tədris prosesinə bu həftədən etibarən icazə verilib. Belə məşğələlərin təşkili zamanı xüsusi tələblər, məsafənin saxlanması, sanitar normalara əməl olunması əsasdır".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Təhsil naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, aidiyyəti qurumlar tərəfindən xüsusi qaydalar hazırlanır: "Bu gün, ya sabah bu qaydalar açıqlanacaq. Mövcud qaydalarda şagirdin çölə çıxarkən məşğələ sayı yox, icazə müddəti nəzərə alınacaq. Hər bir şəxs 3 saat ərzində fəaliyyət planlarını müəyyənləşdirməlidir".

Şərhlər

Miellim 2020-04-27 23:24:25

Mekreblerde seviyyeli tehsil bilik verilrrse repititora ehtiyac olarmi? Eger tehsil nazirliyi tehsilin nomal teskilini etmirse,bele nazirlik neye gerekdir? Eger olkede rrpitiitorluq vuset alirsa,hetta statusa malik olursa vay o tehsil sistemine ve onun rehberliyinr

Faiq 2020-04-27 20:21:48

İmkan verin insanlar 5-10 manat çörək pulusunu qazansın. İnsanları bu qədər meşoğa yığmaq nəyə kimə lazımdır? Hərə ortaya çıxıb bir ideya irəli sürür. Ancaq onların verəcək fəsadlar haqda heç kim düşünmür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol