Menu

Haftar Liviyanı nəzarətə götürdüyünü iddia etdi

27.04.2020, 23:37
Haftar Liviyanı nəzarətə götürdüyünü iddia etdi

Liviya Milli Ordusu bazar ertəsi ( 27 Aprel – Red) ölkəni nəzarətə götürdüyünü iddia edib. “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu özünü "Liviya Milli Ordusunun" komandanı Marşal Xəlifə Haftar açıqlayıb.

“Silahlı Qüvvələrin Baş Komandanlığı ölkənin idarəçiliyini ələ keçirir və Şirat Sazişinin ləğv olunduğunu elan edir”- deyə, bildirib.

Türkiyə mətbuatı Faiz Sərac hökumətinə istinadən bu iddianı təkzib edib. 

Qeyd edək ki, Şirat Sazişi 2015-ci ilin dekabr ayında Mərakeşin Şirat şəhərində imzalanıb və özündə silahlı münaqişə tərəfləri arasında mövcud olan problemin siyasi yolla həllini ehtiva edir.

Bu, Liviyada hakimiyyətlərin qurulmasını təmin edən BMT-nin sülh planına əsaslanırdı. Nəticədə ölkədə Milli Razılıq Hökuməti və Prezident Şurası (Dövlət başçısının funksiyalarını yerinə yetirir - Red) yaradıldı. Hazırda hər iki quruma Baş Naziri Faiz Sərac rəhbərlik edir.

Razılaşmaya əsasən, bütün neft gəlirləri Tripolidəki Mərkəzi Banka daxil olmalı idi. Vəsait isə bölgənin inkişafı üçün deyil, hərbi texnikanın alınması və hərbçilərin məvacibinə xərclənməli idi.

Qeyd edək, Haftar dəfəlrlə Liviyaya nəzarəti ələ keçirdiyini iddia etsə də, yalan çıxıb. Onun nəzarətində olan ərazilərin böyük hissəsi səhralıqdan ibarətdir.  

Şərhlər

t.ədalət 2020-04-28 01:04:03

Rusiya yenə dinc durmur.Görünür,virusdan nəticə çıxarmaq istəmirlər.Həftar da rusiyanın "əlcəyi" rolunda ortaya atılmış müvəqqəti oyuncaqdan başqa bir şey olmayacaq.ABŞ İranı vurmayınca Yaxın Şərqdə hadisələr səgiməyəcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol