Menu

Gürcüstanda koronavirusa yoluxanların sayı 517-ə çatdı

29.04.2020, 10:22
Gürcüstanda koronavirusa yoluxanların sayı 517-ə çatdı

Gürcüstanda koronavirusa 6 yeni yoluxma halı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 517-yə çatıb. Onların 168-i sağalıb, 6-sı isə dünyasını dəyişib.

Karantində 5 153, stasionar nəzarətdə isə 549 nəfər saxlanılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol