Menu

"Kamikadze" sürücü Balaxanı yolunda görün nə etdi - VİDEO

29.04.2020, 12:39
"Kamikadze" sürücü Balaxanı yolunda görün nə etdi - VİDEO

Bakıda qaydaları kobud şəkildə pozaraq qəza şəraiti yaradan sürücü kameraya düşüb. 

Avtosfer.az xəbər verir ki, aprel ayının 28-də Balaxanı yolunda 1.1 xəttinin tələblərini kobud şəkildə pozan 99 SG 987 dövlət nömrə nişanlı, "Toyota" markalı avtomobilin sürücüsü ötmə edən zaman digər yol hərəkəti iştirakçılarına təhlükə yaradır. 

Yük maşını son anda manevr edərək qəzadan xilas olur. Eyni zamanda qarşıdan gələn digər avtomobil üçün də qəza şəraiti yaradır.

Ümid edirik ki, Dövlət Yol Polisi bu "kamikadze" sürücünü aşkar edərək barəsində müvafiq tədbir görəcək. 

Videonu təqdim edirik:


Şərhlər

t.ədalət 2020-04-29 13:44:45

Mən,ona "kamikadze sürücü" yox,tərbiyəsiz və nadan sürücü deyərdim.Həm özünün,həm də digərinin həyatını təhlükə qarşısında qoyan sürücülərin vəsiqələri alınmalı və ömürlük sürücülük hüququndan məhrum edilməlidir.Cərimələrlə yox,konkret cəzalarla qayda yaratmaq lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol