Birləşmiş Ştatlarda son 18 gündə koronavirusa təsdiqlənmiş yoluxma halları iki dəfə artaraq 1 milyona çatıb, ölü sayı isə Vyetnam müharibəsində həlak olmuş amerikalıların sayını ötür.
Aprelin 28-də dünyadakı 3 milyondan artıq yoluxma halının üçdə biri, 216 mindən çox ölüm halının isə 25 faizindən çoxu BirləşmişŞtatların payına düşürdü. Məlumatı Johns Hopkins Universitetitoplayır.
Dünən ABŞ-da rekord sayda – 2 min 207 ölüm qeydə alınıb və son altı həftədə koronovirusdan ölənlərin sayı 58 min 355-əçatıb. Vyetnamda on ildən çox sürmüş müharibədə 58 min 220 amerikalıöldürülüb.
Bu arada ABŞ-da bəzi ştatlar və Avropanın bəzi ölkələri yoluxma hallarında azalmanın olduğunu bildirir, virusun yayılmasınıönləməyi hədəfləyən qadağaları tədricən qaldırırlar.
ABŞ Prezidenti Donald Tramp biznesləri yenidən açan ştatları alqışlayır. Amma bir neçə qubernator xəbərdarlıq edib ki, əhalini mağazalara, restoranlara buraxmaq üçün ehtiyat tədbirləri görülməlidir.
Dünya əhalisinin yarıdan çoxu bir neçə həftədir evdə qalır və siyasətçilərə təzyiq artmaqdadır – insanlar işlərinə qayıtmaq, idmana, çimərliyə getmək, saçlarını kəsdirmək istəyirlər.
Amma səhiyyə ekspertləri xəbərdarlıq edirlər ki, qadağalar tələsik qaldırılarsa, koronavirusa yoluxmaların ikinci dalğası gələ bilər. Dünya Səhiyyə Təşkilatı (DST) hətta sağalmışşəxslərin belə yenidən yoluxa biləcəyini mümkün sayır.
İspaniya, İtaliya, Fransa liderləri bəzi yumşalmaya gediləcəyini, eyni zamanda bəzi tədbirlərin qüvvədə qalacağını bildiriblər.
İspaniyada qadağalar iki ay ərzində tədricən qaldırılacaq. İtalyanlar artıq gələn həftədən bayırda idman edə, qohumlara başçəkə biləcəklər, amma maska taxmalıdırlar, qucaqlaşmaq, əl sıxmaq olmaz.
Fransa bildirib ki, gələn aydan mağazalar, marketlər, bəzi məktəblər açılacaq, ictimai nəqliyyatda maska taxmaq tələb olunacaq. Hələ bir neçə həftə evdən işləmək göstərişi qüvvədə qalacaq.
Bu ölkələrin hər birində koronovirusdan 23 mindən çox insan dünyasını dəyişib. Almaniyada yoluxma göstəriciləri hələlik qarışıq görünür, ötən həftədən ölkədə bəzi mağazalar yenidən açılıb.
Britaniyanın Baş naziri Boris Conson deyib ki, ölkəsinin digər Avropa ölkələrinə baxaraq qadağaları yüngülləşdirməsi üçün hələ çox tezdir.
Çində isə koronavirusun nəzarətə alındığı bildirilir, 13 gündür heç bir ölüm halı açıqlanmayıb. Virusun ilk dəfə baş qaldırdığı bu ölkədə rəsmi ölü sayı 4 min 633-dür, ancaq ekspertlər rəqəmlərin dəqiqliyinəşübhəylə yanaşırlar.
Çin parlamenti mayın 22-də illik iclasına başlamaq qərarına gəlib, planlaşdırıldığından iki aydan çox vaxt keçir. “Xinhua” agentliyininməlumatınagörə, ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyət yaxşılaşıb. (azadliq.org)


Şərhlər
məncə çinlilər vaksini tapıblar və gizlin işlədirlər, ona görə də orada ölənlərin sayı azdır.