Menu

Abşeronda iki avtomobil toqquşdu, xəsarət alan var

29.04.2020, 23:22
Abşeronda iki avtomobil toqquşdu, xəsarət alan var

Abşeronda xəsarətlə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə Fatmayı kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı 1995-ci il təvəllüdlü Vəzirli Ülvi Bəhram oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol