Menu

Avtomobilləri olan 19 200 şəxsə 190 manat verilməsindən imtina edilib

30.04.2020, 13:14
Avtomobilləri olan 19 200 şəxsə 190 manat verilməsindən imtina edilib

Birdəfəlik ödəmə (190 manat) proqramı işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu ödəməni almaq üçün edilmiş müraciətlərin e-sistem tərəfindən emalı zamanı Daxili İşlər Nazirliyinin müvafiq informasiya bazasından əldə edilmiş məlumatlar əsasında onlardan 19 min 200 şəxsin adında 2 və daha çox avtomobil olduğu müəyyən olunub:

"Həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib.

Birdəfəlik ödəmə almaq üçün edilən bütün müraciətlərə müxtəlif dövlət qurumlarına məxsus olan ümumilikdə 25-dək elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında baxılaraq, nəticəsinə əsasən obyektiv qərar verilir.

Birdəfəlik ödəmələr ünvanlılıq prinsipi əsasında, aztəminatlılıq meyarlarına uyğun gələn şəxslərə təyin olunur.

Hazırda da müraciətlərə baxılması prosesi davam edir".

Şərhlər

nihad 2020-04-30 14:47:02

sahil babayev bu necə yanaşmadır,əgər iş yoxdursa,maşınıı olan onun təkərlərini yeyib yaşamalıdır,nə qədər gülünc dövlətdə yaşayırıq biz

BAKILI 2020-04-30 14:15:43

Avtomobili dograyin tekun qazana dadli kufte bozbaw biwirin

Mubariz 2020-04-30 13:30:54

Adına tutaq ki maşın var ,adamı da ,maşını da iki aydır qapamısız evə ,bayıra cıxa bilmir,maşını yiyəcək? lap ağ elədiniz...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol