ÇAYÇILIQDAN İCRA BAŞÇISI VƏZİFƏSINƏ... - Həbs edilən başçıya irəli sürülən ittihamlar və onun “uğur hekayəsi” (Yenilənib)

Xəbər verildiyi kimi ötən gün DTX Biləsuvar rayonunda xüsusi əməliyyat keçirib, icra hakimiyyətinin başçısı Mahir Quliyevi və onun müavinlərini, bəzi digər rayon məmurlarını həbs edib.

Musavat.com Mahir Quliyevin həbsi ilə bağlı bir sıra təfərrüat, onun icra başçısı olduğu müddətdəki özfəaliyyəti ilə bağlı yeni məlumatlar əldə edib.

Məlum olub ki, Mahir Quliyevə qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Mahir Quliyev rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul tələb etməkdə, dövlət büdcəsindən təmir-tikinti, abadlıq işlərinə ayrılan vəsaitləri mənimsəməkdə, rayon ərazisində torpaq sahələrinin özbaşına tutaraq şəxsi məqsədlər üçün istifadə etməkdə, ayrı-ayrı vətəndaşların adına açılmış əməkhaqqı kartlarına köçürülən pulların nağdlaşdırılmasında suçlanır. Ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma və mənimsəmə maddələri ittiham irəli sürülüb.

Qeyd olunub ki, Mahir Quliyev Biləsuvarda hektarlarla torpaq sahəsini zəbt edib. Özünün və yaxınlarının əkin sahələrinə çevirib. Ən çox da sarımsaq əkirdi. Həm də Tovuz quşu həvəskarı idi.

1426355607_1126 - копия.jpg (103 KB)

Əldə etdiyimiz məlumata görə, Mahir Quliyev barəsində həbs qətimkan tədbiri seçilmədən polis nəzarətinə verilməsi ehtimalı da var. Buna səbəb onun bir neçə həftə əvvəl ürəyindən əməliyyat edilməsi, səhhətində ciddi problemlərin olmasıdır. Hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.

Qeyd edək ki, Mahir Quliyevlə birgə birinci müavini Xanlar Bayram oğlu Məmmədov, müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elsevər Cəmil oğlu Həsənov, müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Cəbrayıl qızı Yüzbaşova da istintaqa cəlb edilib.

Mahir Quliyev kimdir?

Mahir Quliyevin karyerası haqda ötən gün bəzi məlumatları çatdırmışıq. Xatırladırıq ki, o, 1958-ci ildə Kəlbəcərdə anadan olub. Təhsili faktiki olaraq yoxdur,  hansısa “Naxçıvan” adlı universitetdən diplom alıb.

Belə ki, Mahir Quliyev bu təhsilini 42 yaşında alıb. Amma bu universitet Bakıda yox, Naxçıvanda yerləşir. Həm də universitet 1999-cu ildə yaranıb. Mahir Quiyev isə həmin universiteti 2000-ci ildə bitirib!? Onun hər hansı bir ali və ya orta ixtisas təhsil müəssisəsini bitirməsi haqqında “Tələbə-Məzun” dövlət elektron məlumat sistemində də məlumat yoxdu

Karyerasına əvvəllər kolxozda fəhlə kimi başladığı, daha sonra “26 Bakı Komissarı” adına rayonun İctimai iaşə idarəsində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri kimi çalışdığı məlumdur. 

O restoran müdiri olmazdan əvvəl uzun illər Bakının Dənizkənarı Milli Parkındakı “Sahil” restoranında çayçı-ofisiant  işləyib.

Lakin çayçı-ofisiant Mahir Quliyevin karyerasında başgicəlləndirici sıçrayış baş verib. O, 2005-ci ildə Səbail bələdiyyəsinin sədr müavini olub və çox keçmədən, cəmi bir neçə ay sonra bələdiyyədən birbaşa Astara rayon icra hakimiyyətinin başçısı vəzifəsinə “sıçrayıb”. 2006-cı ildən 2011-ci ilə qədər bu rayona başçılıq edib, daha sonra Biləsuvar rayonuna başçı təyin edilib.

Saytlarda və sosial şəbəkələrdə Mahir Quliyevin həm Astarada, həm Biləsuvardakı fəaliyyəti barədə çoxsaylı kompromatlara, şikayətlərə və narazılıqlara rast gəlmək olar. Habelə onun icra başçısı işləməyə başladığı vaxtlarda ofisiantlıq vərdişlərini tərgidə bilmədiyi haqda maraqlı əhvalatlar da var.

Məsələn, belə əhvalatlardan birində deyilir ki, Mahir Quliyev Astaraya təzə rəhbərlik etməyə başlayanda o, Bakıdan gələn qonaqları qarşılamalı olur. Və ardınca qonaqların iştirakı ilə müşavirə keçirir və ona agah olur ki, rəsmi müşavirə keçirmək “Sahil” restoranında qonaqlara qulluq eləməkdən fərqlənirmiş. 

Virtualaz.orgıın məlumatına görə, M.Quliyev iclasda pozuq nitq irad edir, dili topuq çalır və ciddi səhvlərə yol verir. Amma Prezident Administrasiyadan gedən qonaqlar onun “təcrübəsizliyini” nəzərə alırlar və məsələnin üstündən keçirlər.

Daha sonra iş gəlib çatır qonaqlara yeyib-içmək verməyə. M.Quliyev restoranlardan birinə əvvəlcədən ziyafət üçün sifariş veribmiş və o, rəsmi tədbiri birtəhər başa vuran kimi qonaqları İcra Hakimiyyətinin binasında qoyaraq tələsik həmin restorana yollanır. M.Quliyev içəri daxil olan kimi başlayır masanın üstündəki qabları, çəngəl-bıçağı nizama salmağa. Bu vaxt icra başçısının müavini ziyafəti hazırlamaq üçün orada idi və o, başçının hərəkətlərini görüb ona ofisiant olmadığını xatırlatmalı olur. 

“Bu işlər sizlik deyil, ofisiantlar məşğul olur. Bura “Sahil” restoranı deyil”,-müavin ona deyir. M.Quliyev ofisiant yox, rayon rəhbəri olduğunu xatırlayır və yenidən tələsik İcra Hakimiyyətinin binasına dönür.

M.Quliyevin Biləsuvardakı fəaliyyəti barədə isə bunları deyirlər ki, adam rayonda özünə sözün əsl mənasında “dana oğrularından” ibarət komanda yığıb. Onun ətrafındakı adamlar bir vaxtlar mal-qara oğurluğuna görə məhkum ediliblər. M.Quliyev rayonda minlərlə hektar əkin sahəsini zəbt edərək orada özünə feodal təsərrüfatı qurub, onun adamları İrandan Biləsuvara ucuz ərzaq və tələbat malları daşıyıb başçının mağazalarında və bazarında satdırmaqla məşğul idilər. 

Habelə Mahir Quliyevin rayonda abadlıq işləri üçün yerli sahibkarlardan və büdcə təşkilatlarının işçilərindən pul toplaması, büdcədən ayrılan pulları isə basıb yeməsi haqda çoxsaylı şikayətlərə rast gəlinir. O cümlədən onun rayondakı bütün gəlirli biznes sahələrini öz nəzarətinə alması barədə şikayətlər eşidilirdi.

Saytlarda habelə ayrı-ayrı vaxtlarda Biləsuvar sakinləri adından ölkə rəhbərliyinə ünvanlanmış çoxsaylı şikayətlər oxuyuruq. Orada deyilirdi ki, Mahir Quliyev kəndlilərin əkin sahələrini susuz qoyub, suyu özünün minlərlə hektarlıq əkin sahələrinə yönəldir, nəticədə kəndlilərin əkinləri məhv olur.

Habelə şikayətlərdə deyilirdi ki, icra başçısının və rayonun digər məmurlarının yüzlərlə balıqçılıq təsərrüfatları var və əkin sahələri üçün nəzərdə tutulan su həmin süni göllərə axıdılır.

M.Quliyevin və onunla birlikdə həbs olunanların əməlləri, onların nədə ittiham olunduqları yəqin ki, DTX tərəfindən tezliklə açıqanacaq.

635x100

Şərhlər

düzünü deyən 2020-05-08 23:19:09

Şəkinin icra başçısı Elxan Usubov Kənd Təsərrüfatı Akademiyasının Hüquq fakultəsini fərqlənmə diplomu ilə bitirib, ancaq onu sessiya vaxtı görən olmayıb ?

Bilici 2020-05-06 19:32:32

Azərbaycanımızın inkişafı naminə PA-nın şöbə müdiri Zeynal Nağdəliyevin rəhbərlik etdiyi şöbədə köklü islahatları aparılmalıdır ???

Faktlar 2020-05-03 23:03:22

İcra Başçılarının iş fəaliyyətinə PA-dan Zeynal Nağdəliyev və onun rayonlara ayırdığı Kuratorlar hara baxıb ? PA-nın həmin şöbədə köklü kadr islahatları aparılmalıdır ?

Adam 2020-05-01 12:00:11

Bu adamin neche yuz minlik restorani elinden alinib. Evezinde ise , gorunur ,obyekt , pul yox, vezife verilib. O ki, qaldi tehsiline, ekser vezifede olanlari silkele, choxusu ele Naxchivanda, Ukraynada, Derbendde, Tiflisde " oxuyub". Ne qoyub, ne axtarirsiniz?! Butun rayonlarda eyni veziyyetdir. Xestexanalar, bash hekimler, idareler, teshkilatlar-hami icra hakiminin quludur. Illerle kresloda oturub, harinlayirlar hamisi.

letif 2020-05-01 09:55:14

burasi veten

Prezidentimizi sevən 2020-04-30 23:57:40

Şəkidə vəziyyət ondan da ağırdır ? İcra Başçısı Elxan Usubov 2011 - ci ilin may ayından, Birinci müavin Həsən Həsənov 1999- cu ildən, Sosial - iqtisadi inkişafın təhlili şöbəsi üzrə müavin Firon Əliyev 1998-ci ildən , İctimai - siyasi və hümanitar məsələləri şöbəsi üzrə müavin Zərinə Cavadova 2005 - ci ildən, Ərazi İdarə etmə şöbəsinin müdiri Rəfail Mənəfov 1995 - ci ildən , Hüquq şöbəsinin müdiri Əhmədiyə ( ixtisasca Tarixçidir) isə 1985 - ci ildən işləyirlər... Bu rayonda inkişaf olarmı ? Şəkinin inkişafı üçün aidiyyatı qurumlar tərəfindən araşdırma aparılmalı və nəticəsi barədə Cənab Prezidentə təqdim edilməlidir ?

t.ədalət 2020-04-30 20:46:51

Diplom alqı-satq

Natavan Soltaniva 2020-04-30 19:17:21

XƏSTƏXANAYA GECE XESTE APARSAN HEKİM TAPKARSAN HEKİM EVİNDE GECE NÖVBESİNDEDİR.Biləsuvardq gecə xəstələnmək olmaz.gecə xəstəxanaya xəstə aparanda sanitarkalar fe

Elitdən Ucqara 2020-04-30 19:13:29

Niyə adətən, İcra Başçısı həmin rayonun yetirməsi olmur? Tanınar deyə?

Eko 2020-04-30 19:07:36

Bes ishe qôtûrende , bilmirdiler bu adamin , tarixcesin ? Derd !!!!

Vətəndaş 2020-04-30 18:55:01

Çayçı necə və hansı yolla İcra başçısı təyin olunub? Bu 15 ildə buna niyə diqqət yqtirən olmayıb?Bu maraqlı deyilmi?ü

pensioner 2020-04-30 18:38:16

Vəzifəyə təyinat üçün kim onun sənədlətini prezidentə kim təqdim edib? Həmin şəxs niyə məsuliyyət daşımadan kölgədə qalıb?

Oxucu 2020-04-30 17:47:43

Maraqlıdır! Bu İcra Başçıları Yeyib-dağıdırlar. Bəs onlara rəhbərlik edən, "Mur-Ay" MMC dələduzlarının himayədarı Zeynal Nağdəliyev hara baxır? y"

elxan 2020-04-30 17:08:42

Müavin dədəsini yanına alıb deyə bilər ki bura sizdən ötrü shil restoranı dəyil Yazırsiz bir reala bənzər yazın miləti nə hesab edirsiz ya ikincisidə bu illərərzində diliniz qurumuşdu bəyəm

kişi adam 2020-04-30 15:33:54

belələrini istənilən vəzifədə tapmaq olar, onlarla, yüzlərlə beləsi var, amma əmin olun ki heç birini mən qoymamışam o vəzifələrə

Tahir 2020-04-30 15:17:28

Bizim ölkədə iş vəzifə biznes savada qabilyətə mədəniyyətə görə deyil başqa kretireyalara uyğun seçilir. Qohum, tanış krışan olmalı, müəyyən regiyonlardan olmalı, yaltaqlı, rüşvəti talanı bacarmalı və başqa bütün mənfi süsusiyyətlərin olmalıdır. Bu da belə yaramazlardan biri idi. Mən İcra hakimyət başçısı danıyırdım bir normaı cümlə yazsa 3-5 səh buraxardı heç yazıb axıra çıxara bilməzdi. Ancaq insanların evini başına uçurmağı zor bacarırdı

Son yazılar