Mərkəzi Bankın keçmiş sədri, Baş nazirin müşaviri Elman Rüstəmov Qax rayonundakı əmlaklarını da satışa çıxarıb.
Bu barədə “AzPolitika”-ya adıçəkilən rayondan daxil olan məlumatda bildirilir. Qeyd olunur ki, keçmiş baş bankirə məxsus iri torpaq sahələri, villalar, obyektlər satışa qoyulub.
Xatırladaq ki, Qax, Zaqatala rayonları uzun illər Elman Rüstəmovun qudası, “Su Təsərrüfatı ASC”-nin keçmiş rəhbəri Əhməd Əhmədzadənin ailəsinin nəzarətində olub. Onun qardaşı Mübariz Əhəmdzadə bu rayonlarda icra başçısı vəzifəsini tutub. Nəticədə bölgənin iri torpaq sahələri, gəlirli ticarət obyektləri onların nəzarətinə keçib. Görünür, E.Rüstəmov da qudaları vasitəsi ilə Qax rayonundan milyonluq mülklərin sahibi olub.
Keçmiş bankirin əmlakını satışa çıxarması yeni xəbər deyil, o, digər sahələrdəki investisiyalarına da “əl gəzdirir”.
Bir neçə gün əvvəl “AzPolitika”-da dərc oluna məlumatda Elman Rüstəmovun biznes imperiyasının tərkib hissəsi kimi təqdim edilən “Səba” ASC-də ciddi maliyyə problemləri yarandığı bildirilirdi.

Qeyd olunur ki, sirkətin səhmdarlarının oktyabrın 28- i tarixinə təyin edilmiş növbədənkənar ümumi yığıncağının gündəliyinə ASC-nin aktivlərinin bir hissəsinin satılması məsələsi salınıb. Belə ki, İdarə Heyəti qərarında yığıncağın gündəliyinə törəmə şirkətlərdəki “Səba” ASC-yə məxsus payların satılması da daxil edilib.
Xatırladaq ki, "Səba"nın aktivləri Hidayət Quliyev (37,5%), Natiq Quliyev (37,5%) və Azərbaycan İnvestisiya Holdinqinə (25%) məxsusdur. Onların Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun xalası oğlanları olduğu bildirilir.
"Bank Respublika” ASC-nin əsas səhmdarlarından olan Natiq Quliyevin qardaşları Elçin və Namiq Quliyevlə birlikdə Elman Rüstəmovun Azərbaycanda müxtəlif sahələrə aid biznesini idarə etdikləri bildirilir. Bura Rüstəmova aid bəzi bank və şirkətlərlə yanaşı, maşın salonları, restoranlar, şadlıq evləri, quşçuluq təsərrüfatı və sair daxildir.
Qeyd olunanlarla bağlı Elman Rüstəmovun mövqeyini dərc etməyə hazırıq.
Rasim
“AzPolitika.info”

Şərhlər
QAXDA ELMAN RÜSTƏMOVUN MİRASA QALMIŞ VARİDATINI HEÇ ALAN DA YOXDUR. ÇÜNKÜ QAXLILARDA PUL NƏ GƏZİR.VİLLALARI KİF ATIB QALIB.HACIBALA ABUTALIBOV 50-60 OTAQLI VİLLASINDA TƏK BAYQUŞ KİMİ QALIB.VİLLASINI ÖZÜ TƏMİZLƏYİR.ÖZÜ ÖZÜNƏ DANIŞA GƏZİR HƏYƏTDƏ .BAŞININ KRİŞASI UÇUB.AY BƏDBƏXT NƏYİNƏ LAZIMDIR SƏNİN BU QƏDƏR VAR DÖVLƏT QAXLİLAR MƏSXƏRƏYƏ QOYUB GÜLÜRLƏR
Rəhmətlik Nəsibə Zeynalova "Mehman" kinosunda bir-birinə qəti bənzəməyən iki gözəl obraz yaradıb.Biri Mehmanın qaynanasıdı,şahanə obrazdı.O biri isə kinonun axırlarındadı,Qaloş uçuruma yıxılanda ki sağ qalır,o da gəlib deyir ki "Yoldaş prokuror,icazə ver bunun üzünə bir parça tüpürüm".
Rüstəmov bu əmlakları,torpaq sahələrini hansı maaşla və necə ödəyib?niyə uyğun orqanlar bunu araşdırmaq istəmir?Axı maaşla bu qədər əmlak almaq mümkün olmaz!
Tağıyevə bax,Nobelə bax,Rokfellerə bax,bir də dönüb bu milyarderlərimizə bax.Beyrək demiş,daz yerdə torğaya atmağa dəyərlər ancaq."Daz" dedim,yadıma Qasım bəy Zakir düşüd.Deyib ki Xandəmirov çaldı çapdı mahalı.O Zakiri deyirəm.Onnandu yəni.
Qoyma,qaçdı ədə!Təcili tədbir görün!Köpəyoğluyam yalan deyirəmsə,qaçmağa tam hazırdı!
Quşçuluq təsərrüfatını neçəyə verir görəsən?
Sorushan tapilacaq hansi pulnan alib , bu emlaklari?
İnşallah hamısı satan satacaq satmayan da qoyub qaçacaqlar. Bu bir gün baş verəcək inşallah. Xalqın pulu irin qan olub burunlarından gələcək
Dünyada gedən proseslərdən bu dam belə fikrə gəlir ki birdən Azərbaycanda da hakimiyyət dəyşikliyi ola bilər. Ona görə də əmlakını daşıyır xaricə.