Uzun illərdir Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun biznes imperiyasının tərkib hissəsi kimi təqdim edilən “Səba” ASC-nin, deyəsən, ciddi maliyyə problemləri yaranıb.
"Azpolitika" xəbər verir ki, sirkətin səhmdarlarının oktyabrın 28- i tarixinə təyin edilmiş növbədənkənar ümumi yığıncağının gündəliyinə ASC-nin aktivlərinin bir hissəsinin satılması məsələsi salınıb. Belə ki, İdarə Heyəti qərarında yığıncağın gündəliyinə törəmə şirkətlərdəki “Səba” ASC-yə məxsus payların satılması da daxil edilib.
Ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. “Səba” ASC-nin Direktorlar Şurası barədə;
2. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Chicken Pro.” MMC-yə kredit öhdəliyinin ötürülməsinə dair əqd barədə;
3. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Chicken Pro.” MMC-yə məxsus əmlakın ipoteka ilə yüklü edilməsinə dair əqd barədə;
4. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Chicken Pro.” MMC-nin nizamnamə kapitalındakı “Səba” ASC-yə məxsus payların satılmasına dair əqd barədə;
5. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Qarabağ Taxıl” MMC-nin birgə təsisçiliyi ilə yaradılmış “Qarabağ Toxum” MMC-nin nizamnamə kapitalındakı “Qarabağ Taxıl” MMC-yə məxsus payların satılmasına dair əqd barədə;
6. “Səba” ASC-nin törəmə cəmiyyəti olan “Qarabağ Taxıl” MMC-nin ötən illərin yığılmış mənfəətinə əsasən dividendlərin elan edilməsi barədə;
7. “Səba” ASC-nin əvvəllər emissiya edilib yerləşdirilmiş və geri alınmış səhmləri barədə;
8. “Səba” ASC-nin birgə təsisçiliyi ilə yaradılmış “Biləsuvar Aqro” MMC-nin nizamnamə kapitalındakı payların satılması barədə;
9. “Səba” ASC-nin nizamnamə kapitalındakı minoritar səhmdarlara məxsus səhmlərin geri alınması barədə;
10. “Səba” ASC-nin Nizamnaməsinin yeni redaksiyası barədə.
Xatırladaq ki, "Səba"nın aktivləri Hidayət Quliyev (37,5%), Natiq Quliyev (37,5%) və Azərbaycan İnvestisiya Holdinqinə (25%) məxsusdu. Onların Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun xalası oğlanları olduğu bildirilir. "Bank Respublika” ASC-nin əsas səhmdarlarından olan Natiq Quliyevin qardaşları Elçin və Namiq Quliyevlə birlikdə Elman Rüstəmovun Azərbaycanda müxtəlif sahələrə aid biznesini idarə etdikləri bildirilir. Bura Rüstəmova aid bəzi bank və şirkətlərlə yanaşı, maşın salonları, restoranlar, şadlıq evləri, quşçuluq təsərrüfatı və sair daxildir.
Qeyd edək ki, bir müddət əvvəl "Səba" ASC-nın aktivlərinin "Chicken Pro." MMC şirkəti tərəfindən alındığı xəbəri yayıldı. Nəzərə alsaq ki, "Chicken Pro." MMC şirkəti “Səba” ASC-nin törəmə şirkətidir, satışa məhz “Səba”-nın səhmlərinin çıxarıldığı ehtimal etmək olar.
Bu və yuxarıda qeyd edilən iclasın gündəliyi “Səba”-nın çətin maliyyə durumuna düşdüyünə dair təsəvvür yaranır. Əks halda, şirkət özünün əhəmiyyətli aktivlərini niyə satışa çıxarsın ki...?
Elman
"AzPolitika.info"

Şərhlər
Allah Elman Rüstəmovun və onun qudalarınin çörəyini kəssin .çörək alası pulu olmasın.onlar Qaxlılara zülm ediblər indi də edirlər.İş güc vəzifə pul hamısı onlardadır.var dövləti palçığa dönsün onların.İndi də heç bir var dölətini sata bilmir Qaxda Elman Rüstəmov..Qeyri qanunu nigahdan olan oğlu da xaricdə oturub Elman Rüstəmovu hədələyir.ki var dövlətin yarısı mənimdir.bu yerdə Elmanı ağlamaq tutur nə tutur.
Məşdibadda ən çox xoşuma gələn yer Rüstəm bəyin evindəki davadı,çünki hələ də yeyib içilən zaman dava-dalaş salmağın eşşəklik olduğunu anlaya bilməmişik.Çörəyə hörmətimiz yeyib içərkən qaraçılar kimi dava salmağımızdan bəllidi.Bir də ən çox xoşuma gələn yer bazarda qoçu Əsgərin qaçmasıdı.Adil İsgəndərov onun dalınca qaça-qaça deyir haa "Qaçma köppayoğlu!Qaçma vurdum!",bax orası.Çünki elə bilirəm qoçu Əsgər bu günümüzdə küplərini neft milyardlarıyla ağzınacan dolduran məmurlardandı,el malını çalıb çapıb Azərbaycan bazarından Avropaya qaçır,arxadan da prokuror cumub dalınca ki qaçma köppayoğlu.
Talancılar ölkəni özəlləşdiriblər. Azərbaycan ölkəsini Azərbaycan koperativi əsas da MTK ediblər
Görəsən o toyuqlardan sağ qalanı var indi,yoxsa bu hamısını şappaşap yeyib axırına çıxıb?
Deyir ayının nə işi var qoruqda ki,vurub qıçını sındıralar?Məmur ki yeyib içib doydu,bütün küplərini ağzınacan doldurdu,vəssalam,Azərbaycanla işi bitdi demək,artıq doymuş məhlul halındadı,odur ki obyektlərini təcili satıb aradan cırmalıdı, dabanına tüpürüb "ya Allah" deyib qaçmalıdı Hüseyin Bolt kimi arxana baxmadan.Avropaya,Amerikaya.Bu da satmağa başlayıb daa,nağarsın.Canik satmasın neynəsin?Dərdi kimə söyləsin?
Qaxda olan Elman Rüstəmova məxsus villalar,obyektlər,torpaq sahələri satışa çıxarılıb. Bir neçə villa bir milyona yaxın qiymətə satışa qoyulub.Allah heç bazar verməsin..Elman Rüstəmovun qızı Əhməd Əhmədzadənin gəlinidir.Orada işləyən işçilərin heç birinə 200 manatdan çox maaş vermirlər.işçilərin heç biri işə götürülməyib.Vergidən yayınıb.onların pulunu İcra başçısı Musa Şəkiliyev verir.it payı kimi.Sonra da deyirlər Büdcədə kəsir var.olacaq da.
Övladi-vətən qoy hələ avarə dolansın,
Çirkabi-səfalətlə əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın,
Ancaq mənim avazeyi-şənim ucalansın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
30 il Azərbaycan iqtisadiyyatını.ibsablarıbn hətatını bank faiz bvə süni üsullarla promlemlə yaradan adam indi iş özünə çatanda niyə qğlayır?
Yazınki xalqın evi yıxılıb,E.Rüstəmovun maliyyə problemi var,bu dərdə xalq dözməyəcək,gəlin adama 1 manatdan yığıb onə kömək edək!Sizin sayta da bir orden verilsin,olduqca vacib xəbər yaymısınız!