Menu

PENSİYALARDA ARTIM NƏ QƏDƏR OLACAQ? - Nazir açıqladı

21.11.2024, 21:06
PENSİYALARDA ARTIM NƏ QƏDƏR OLACAQ? - Nazir açıqladı

Ölkəmizdə yaşayan bütün insanların rifahı bizim siyasətimizin ana xəttini təşkil edir.

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. 

Nazir bildirib ki, bu baxımdan 2025-ci il büdcəsi məhz sosial çağırışlara cavab vermək üçün hazırlanıb: "Dövlət büdcəsində gələn il sosial xərclərə 16,9 milyard manat vəsait ayrılıb. Sosial müdafiə və sosial təminat xərcləri cari illə müqayisədə 10 % artıq olacaq. Xərclərin 96%-i əhaliyə ödənişlərin payına düşür. 7,2 milyard manat əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldiləcək.

Əmək pensiyalarının orta məbləği 531 manat çatması proqnozlaşdırılır. 2019-cu ildə əmək pensiyalarının orta məbləği cəmi 264 manat idi. Yaşa görə əmək pensiyalarında rəqəm daha yüksəkdir, burada rəqəm 569 manat olacaq. 2019-cu ildə bu 292 manat idi. Bütün artımlar əhəmiyyətli artımlardır”.

Şərhlər

Nazirə 2024-11-22 19:26:48

Bunun ölkədə 25-300 faiz bahalaşmalardan xəbəri varmı ? Belə bahalaşma zamanı Onun 10 faizi hansı dərdə dərmandır? İnsanda ağıl yaxşı və lazımlı şeydir.Sizi psixoloq müayinəsinə göndərmək lazımdır.

Nəqiqət 2024-11-22 10:02:25

Günahdır bu.nun əməlləri....

Nazim 2024-11-21 16:01:10

Məncə Sahil Babayevə, Mikayıl Cabbarova
Milli qəhrəman titulu verilsin!

ƏDALƏT 2024-11-21 14:36:24

Allah səni o orta pensiyaya möhtac etsin. Amin

Mubariz 2024-11-21 12:46:11

Bunlar döğurdan savadsızdır ,yoxsa bizləri avam sayırlar .2019-hara 2025 -hara Bu altı ildə qiymətlər ,komunal ,infilyasiya və s nə qədər artıb ? Ölmüş saydığınız ermənistanda belə orta əmək haqqı bizdən yüksəkdir .Heç olmasa danışmayın ,əsəblərimizlə oynamayın

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol