Menu

Afrika Millətlər Kuboku təxirə salındı

30.04.2020, 23:32
Afrika Millətlər Kuboku təxirə salındı

Futbol üzrə Afrika Millətlər Kuboku 2021-ci ildən 2022-ci ilə təxirə salınıb."Report"un məlumatına görə, bu barədə qərarı Afrika Futbol Konfederasiyası qəbul edib. Belə bir qərara AVRO-2020-nin koronavirus pandemiyası ilə əlaqədar 2021-ci ilə keçirilməsi təsir edib. Lakin Kamerun yarışın ev sahibi kimi qalıb.

Qeyd edək ki, Afrika Millətlər Kubokunun gələn il 9 yanvar - 6 fevralda keçirilməsi planlaşdırılırdı. Yarışın yeni tarixi hələ müəyyənləşməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol