Menu

Kamran Əliyev parlamentdə çıxış etdi

01.05.2020, 11:27
Kamran Əliyev parlamentdə çıxış etdi

“Mənə etimad göstərdiyinə görə möhtərəm Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”

“Report” xəbər verir ki, bunu Milli Məclis tərəfindən ölkənin Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilmiş Kamran Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqillik illərində çətin və şərəfli yol keçib:

“Ölkə başçısının həyata keçiridiyi siyasət nəticəsində ölkəmizdə sabitlik bərpa edilib. Hazırda ölkəmizdə social və iqtisadi çağırışları hədəfləyən islahatlar aparılır. İslahatlar Azərbaycan Respublikası prokurorluğunu əhatə edir. Hazırda davam etdirilən islahatlar Azərbaycan prokurorluğu qarşısında mühüm və ümdə məsələlər qoyur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol