Menu

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

01.05.2020, 11:53
Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Mayın 2-də Bakıda hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq seçilmiş, şəhər əhəmiyyətli 200-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə "AzPolitika.info"ya  paytaxtın kommunal strukturlarından məlumat əldə edib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol