"Son həftələrdə koronavirusa yoluxma hallarında azalma müşahidə olunurdu. Amma aprelin 27-də karantin rejiminin yumşaldılmasından sonra yenidən artım müsahidə olundu".
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, mayın 1-dən isə yoluxmada azalma müşahidə olunur: "Yoluxma hallarının azalması ilə sağalma hallarında artma müşahidə olunur. Bilməliyik ki, karantinin bitməsi nəticəsində biz hər ssenariyə hazır olmalıyıq".
R. Bayramlı qeyd edib ki, Bakının Yasamal, Binəqədi və Nəsimi rayonlarında yoluxma üstünlük təşkil edir: "Sumqayıtda yoluxma 3.2 faizdir. Burada əhalinin sıxlığı əsas göstəricidir".


Şərhlər
Hörmətli Ramin müə. mən 2-ildən artıqdır qan xəstəsiyəm və qanköcürmə inistitunda növbədəyəm.2019-cu ildə orada ğördüklərimi sizə catdırmaq istəyirəm.Dərman və diğərperaparatlar xəstələrə pulla SATILIRDI yaxındakı aptek vastəsi iylə.Pulu olmayan xəstələr zarıya-zarıya xəstəxanadan cıxarılırdılar.İsti su və istilik sistemi işləmirdi BURADAN yıqılan sşıq,su,və qaz pulları mənimsənilirdi,şikayətə baxan yox iydi.Hər ay milyonlar kecmiş direktor tərəfindən mənimsənilirdi.İNDİ dərman,analizlər və diğər pereaparatlar pulsuz paylanır.BİR qisim işcilər xəstələrə yalan iftiralı sözlərlə yeni direktora qarşı kökləyirlər.SİZƏ minnətdarıq bizi quldurlardan xilas etdiz.HÖR.A.qayev. 0502135757. xaiş edirəm mənimlə əlavə məlumatlar iylə əlaqədar əlaqə yaratsınlar.