Menu

Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını artırıb

01.05.2020, 17:47
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını artırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il mayın 1-nə 6,4 mlrd ABŞ dolları təşkil edib.

“Report” quruma istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 7,9 milyon ABŞ dolları və yaxud 0,1% çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 60,9 milyon ABŞ dolları və yaxud 0,9%, son 1 ildə isə 612,7 milyon ABŞ dolları və yaxud 10,6% artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol