Menu

"Sabitliyi pozmaq istəyən qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirəcəyəm" - Baş prokuror

01.05.2020, 19:25
"Sabitliyi pozmaq istəyən qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirəcəyəm" - Baş prokuror

"Ölkə başçısının müdrik rəhbərliyi altında doğma kollektivlə çiyin-çiyinə yüksək etimadı doğrultmaq üçün bütün səylərimi səfərbər edəcək, respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə dövlətçiliyin, qanunçuluğun və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını təmin etməklə ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirəcəyəm".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının yeni Baş prokuroru Kamran Əliyev bu gün kollektivə təqdim olunan zaman deyib.

Kamran Əliyev göstərilən ali etimada görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Baş prokuror vurğulayıb ki, vətənpərvərlik və peşəkarlıq irsi prokurorluq əməkdaşları tərəfindən daim uca tutulacaq, xalqa və dövlətə sədaqətlə xidmətin əsas prinsiplərini təşkil edəcək.

Şərhlər

Aqahüseyin Aqayev 2020-05-02 09:39:19

Kamran müə.Sizi təbrik edirəm əminə ki,siz verdiyiniz vədə əməl edəcəksiniz.Mən sizin yanınızda bidr dəfə olmuşam və nəticəsini ğörmüşəm.İndi də Sizə müracət edirəm QANKÖCÜRMƏ inistitunun kecmiş direktorunun korrupsiya əməllərini ARAŞDIRIN.Məndə kifayət qədər faktlar var ki, o hər ğün orada 100-minlər oqurlayıb.Analizlər,dərmanlar, qan və diğər pereparatlar xəstələrə pulla satılırdı.Orada cox işlər var.TƏBİB ora təzə direktor təyin edəndən sonra bunlar son qoyuldu.Xaiş edirəm məni bununla baqlı bir işcinizin qəbul etməsinə ğöstəriş verəsiniz.Əlaqə-0502135757.

Kamil 2020-05-01 23:06:54

Bəs ölkəni talamış məmur toplusuna hancı ki milardlarla xalqın pulun atıblar onlara qaşı necə?

Raul00@bk.ru 2020-05-01 20:43:30

Niye sabitliyi goruyursuz??ne olub ki?rushvetxor,aficant icrala,ve korupsiyaya mubarize aparin besti.

t.ədalət 2020-05-01 20:33:32

Cənab prokuror!Sabitliyi hakimiyyətdəki səriştəsiz kadrlar pozur.Onlar vətəndaşları o vəziyyətə çatdırırlar ki,məcbur olub haqlarını qorumaq istəyirlər.Nə yaxşı ki xalq hələ yarıtmaz kadrların fitvasına uymur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol